"Tottenhem" "Benfika"nın futbolçusunu icarəyə götürüb
İngiltərənin "Tottenhem" klubu Portuqaliya "Benfika"sının futbolçusu Jedson Fernandeşi icarəyə götürüb.
"Report"un ingilis klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, 21 yaşlı futbolçu 1,5 il müddətinə "Tottenhem"də icarə əsasında oynayacaq.
Gənc yarımmüdafiəçi yeni klubunda 30 nömrəli formanı geyinəcək. Fernandeş 2018-ci ildən Portuqaliyanın əsas yığmasının da şərəfini qoruyur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox