• $
  • £

"Real Madrid"in hücumçuları 5 oyundur qol vura bilmir

28.05.2020 22:02
İspaniyanın "Real Madrid" futbol klubunun hücumçuları La Liqanın son turlarında fərqlənə bilmirlər.


"Report"un məlumatına görə, Madrid təmsilçisinin çempionatdakı son 5 görüşündə qolları komandanın müdafiəçiləri və yarımmüdafiəçiləri vurub.


Son turun "Valyadolid"lə (1:0) səfər matçında "kral klubu"nun yeganə qoluna komandanın müdafiəçisi Naço imza atıb. "Sevilya" ilə ev (2:1) oyununda Karlos Kazemiro (2 dəfə), "Xetafe" ilə səfər matçında (3:0) müdafiəçi Rafael Varan (2 dəfə) və yarımmüdafiəçi Luka Modriç fərqlənib.


"Barselona" və "Atletik" (Bilbao) klubları ilə görüşlər isə qolsuz bərabərliklə yekunlaşıb. "Kral klubu"nun heyətindəki hücumçulardan heç biri yuxarıda qeyd olunan oyunlarda rəqib qapılarına yol tapa bilməyib.


Qeyd edək ki, "Real Madrid"in hücumçularından Kərim Benzema sonuncu dəfə La Liqanın XVII turunda "Valensiya" ilə səfərdə keçirilən görüşdə fərqlənərək komandasına bir xal qazandırıb - 1:1. Bu qarşılaşmadan sonra "kral klubu" 4 tur və "Barselona" ilə təxirə salınmış matça çıxıb. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol