• $
  • £

“Arsenal” ispaniyalını heyətinə qatdı, portuqaliyalının yolunu gözləyir

“Arsenal” ispaniyalını heyətinə qatdı, portuqaliyalının yolunu gözləyir
28.05.2020 22:02
İngiltərənin "Arsenal” klubu qış transfer dönəminin son günlərində ilk keçidini rəsmiləşdirib.


Oxu.Az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, Braziliyanın "Flamenqo” komandasından ispaniyalı mərkəz müdafiəçisi Pablo Mari mövsümün sonunadək icarəyə götürülüb.


Qeyd edək ki, "Malyorka”nın yetirməsi olan 26 yaşlı futbolçu həmçinin İspaniyada "Ximnastik”, "Jirona” və "Deportivo” klublarının formasını geyinib. 2016-cı ilin avqustun 15-də İngiltərənin "Mançester Siti” klubuna transfer olsa da, ona Premyer Liqada oynamaq imkanı verilməyib və icarəyə göndərilib.
 

Hollandiyanın NAK klubunda komandanın kapitanı olmuş Pablo Mari ötən ilin iyulun 11-də 1,3 milyon avroya "Flamenqo”ya transfer edilib. O, bu klubla 2019-cu ildə Braziliya çempionu olub və Libertadores Kubokunu başı üzərinə qaldırıb.

2019-cu ilin Braziliya A Seriyasının rəmzi komandasına seçilmiş futbolçunun Riu di Janeyru klubu ilə müqaviləsi 2022-ci ilədəkdir. "Arsenal” yayda onun bütünlüklə transfer hüquqlarına yiyələnmək səlahiyyətinə malikdir.

Bundan başqa, "Arsenal”ın transfer pəncərəsinin son günü olan sabah daha bir transferi reallaşdırması gözlənilir. Klub "Sauthempton”un portuqaliyalı sağ cinah müdafiəçisi Sedrik Suarisi mövsümün sonunadək icarəyə götürəcək. Bundan "Sauthempton” 5 milyon funt qazanc əldə edəcək. 

Portuqaliya millisinin 28 yaşlı futbolçusunun müqaviləsi yayda bitir. "Arsenal” məhz yayda bu futbolçunu sərbəst şəkildə heyətinə qata biləcək.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol