• $
  • £

Dövlət Turizm Agentliyinin sədrindən turizm ictimaiyyətinə müraciət

Dövlət Turizm Agentliyinin sədrindən turizm ictimaiyyətinə müraciət
28.05.2020 22:01
"Ölkəmiz bu il futbol üzrə Avropa çempionatının final mərhələsinin qrup oyunları çərçivəsində 3 oyuna, eləcə də 1/4 final oyununa ev sahibliyi edəcək. Bu cür beynəlxalq tədbirlər turizmin inkişafında mühüm rol oynayaraq Azərbaycanın tanıdılmasına, ölkəmizə xarici turistlərin cəlb edilməsinə mühüm töhfələr verir”.


"Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin turizm ictimaiyyətinə müraciətində bildirib.


"İyun və iyul aylarında keçiriləcək bu yarışları izləmək üçün dünyanın müxtəlif ölkələrindən azarkeşlər Azərbaycana üz tutacaq.Məhz həmin günlər Bakı yalnız futbol həvəskarlarının deyil, bütün dünyanın diqqət mərkəzində olacaq. Artıq çoxsaylı azarkeşlər oyunları izləmək üçün uçuş biletləri və qalma yerləri daxil olmaqla Azərbaycana səfərlərini planlaşdırırlar.” –deyə o bildirib.


Paytaxt Bakıda ulduz dərəcəsinə uyğun olaraq müxtəlif büdcəli, həm beynəlxalq, həm də yerli brendlərə məxsus hotellər və digər qalma yerləri kifayət saydadır və yarış ərəfəsində xarici qonaqların rahatlığını təmin etmək qabiliyyətindədir.


Ancaq təəssüf hissi ilə qeyd etməliyik ki, ötən il Bakıda keçirilən UEFA Avropa Liqasının final oyununda ölkəmizin imicinə xələl gətirmək üçün bəzi xarici media orqanlarında yanlış məlumatlar yayıldı, xarici qonaqlar bilərəkdən əsassız məlumatlarla Azərbaycana səfər etməkdən çəkindirilməyə çalışıldı.


Həmçinin bəzi hotel, hostel və digər yerləşmə və qalma yerləri tərəfindən süni qiymət artımı, oyunlardan xeyli əvvəl bron edilmiş yerlərin ləvğ edilərək oyunlar ərəfəsində daha yüksək qiymətlə satışa çıxarılması və bu kimi xoşagəlməz halların şahidi olduq.


Vurğulamalıyıq ki, bütün bunlar ölkəmiz və insanlarımız haqqında yanlış təsəvvürlər formalaşdıraraq Azərbaycan haqqında mənfi rəylərin yaranmasına səbəb ola, eləcə də turizmin inkişafına mənfi təsir göstərə bilər.


Bu səbəbdən hotellər, hostellər, yerləşdirmə imkanlarına malik fərdi evlər və yerləşmə vasitələri hesab edilən mehmanxana tipli digər bütün obyektləri turistlərə xidmət göstərərkən bu kimi hallara yol verməməyə çağırır, ölkəmiz haqqında müsbət imicin qorunub saxlanmasına dəvət edirik.


Ölkəmizin turizm imkanlarının tanıdılması, turistlərin cəlb edilməsi, Azərbaycanın turizm ölkəsinə çevrilməsi üçün genişmiqyaslı işlər görülür.


Ancaq xarici qonaqların Azərbaycandan xoş təəssüratlarla ayrılması, yenidən və dəfələrlə ölkəmizə gəlməsinə nail olmaq üçün turizm ictimaiyyətinin bütün üzvləri vicdanla və məsuliyyətlə çalışmalıdırlar.


Bu məsuliyyətli işdə turizm mütəxəssislərimizin peşəkarlığına inanır, vətəndaşlarımızı həmişə olduğu kimi qonaqpərvər və tolerant olmağa çağırırıq.


Qeyd edək ki, ötən il Bakıda keçirilən UEFA Avropa Liqasının final oyununda olduğu kimi bu il də Avropa çempionatının final mərhələsinin qrup oyunlarında ölkəyə gələcək xarici qonaqlar və turistlərin rahatlığı üçün Dövlət Turizm Agentliyi digər aidiyyəti dövlət orqanları ilə birlikdə fəaliyyət göstərəcək.


Azərbaycanın müsbət imicinin formalaşması yolunda çalışan hər kəsə təşəkkür edir, ölkəmizin tanıdılmasında birlikdə daha böyük uğurlara imza ata biləcəyimizi ifadə edirik", - deyə o, qeyd edib. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Qarabağ" 8700 manat cərimələnib
İdman 16:00
"Qarabağ" 8700 manat cərimələnib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Ötən il 71 beynəxalq yarış keçirilib - Nazirlik rəsmisi
İdman 11:25
Ötən il 71 beynəxalq yarış keçirilib - Nazirlik rəsmisi
"Nyukasl" "Qarabağ"ın qapısından 2 dəqiqəyə 2 qol keçirib
İdman 00:17
"Nyukasl" "Qarabağ"ın qapısından 2 dəqiqəyə 2 qol keçirib

"Nyukasl" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
İdman 23:20
"Nyukasl" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait alıb
İdman 22:55
"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait alıb
Qış Olimpiya Oyunları başa çatıb
İdman 22:45
Qış Olimpiya Oyunları başa çatıb
"Nyukasl" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib
İdman 14:55
"Nyukasl" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib
Şahmat üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib
İdman 21:30
Şahmat üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol