Körpə anasına qaytarıldı, qadın Mehriban Əliyevaya təşəkkür etdi
Keçmiş məhkəmə sədri Çingiz Bəşirovun oğlu Tamerlan Bəşirov körpə qızını uşağın anası Samirə Bəşirovaya geri qaytarıb.
O deyib ki, uşaq ötən gün qaytarılıb.
"Mən bilirdim ki, siz bir ana kimi, məni anlayacaqsınız. Sizə çox təşəkkürümü bildirirəm, hazırda sayənizdə uşağım mənim yanımdadır. Sizə cansağlığı və uzun ömür arzulayıram”.
Qeyd edək ki, Bakıda yaşayan Rusiya vətəndaşı S.Bəşirovanın iddiasına görə, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin keçmiş sədri Ç.Bəşirovun Bakı Şəhər İcra Hakimiyyətində işləyən oğlu T.Bəşirov 2017-ci il təvəllüdlü körpə qızını ondan zorla alıb.
www.anews.az