• $
  • £

SON DƏQİQƏ! Bakı metrosu bu tarixədək bağlanır

SON DƏQİQƏ! Bakı metrosu bu tarixədək bağlanır
31.03.2020 16:56
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması üzrə tibbi-profilaktik tədbirlər davam etdirilir. Buna baxmayaraq ölkə ərazisində infeksiyanın sürətlə yayılması müşahidə olunmaqdadır.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Anews.az-a verilən məlumatda bildirilir ki, ictimai nəqliyyatda müvafiq dezinfeksiya və digər qabaqlayıcı tədbirlər görülsə də, təbii havalandırma şəraiti olmadığından qapalı məkan kimi metro hazırda virusun yayılmasına əlverişli şərait yaradır.
Eyni zamanda Bakı metropolitenində sərnişinlər arasında sıxlıq və karantin rejimi tələblərinə əməl edilmədiyi də müşahidə olunmaqdadır.

Əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Metropolitenində qatarların hərəkəti 31 mart 2020-ci il saat 22:00-dan 20 aprel 2020-ci il tarixinədək dayandırılır.

Bakı şəhərində sərnişindaşımaları müntəzəm və ekspress xətt avtobusları ilə həyata keçiriləcək.

Həm müntəzəm, həm də ekspress marşrut xətləri üzrə avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənəcək. Eyni zamanda, mümkün sərnişin sıxlığının qarşısını almaq məqsədi ilə ekspress xətlər üzrə ehtiyat avtobusların buraxılıb.

Bir daha vətəndaşları ciddi zərurət olmadığı halda evdən çıxmamağa, ictimai nəqliyyatda insanlar arasında ara məsafəsini gözləməyə, xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırırıq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda oğul ana və atasını bıçaqlayıb
Cəmiyyət 10:37
Bakıda oğul ana və atasını bıçaqlayıb
DİN: Bir gündə 45 cinayətin açılması təmin edilib
Cəmiyyət 10:08
DİN: Bir gündə 45 cinayətin açılması təmin edilib
Bu gün beynəlxalq uşaq kitabı günüdür
Cəmiyyət 10:05
Bu gün beynəlxalq uşaq kitabı günüdür
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 23:24
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Siyəzəndə 59 yaşlı qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 21:40
Siyəzəndə 59 yaşlı qadın dəm qazından boğularaq ölüb
Şəmkirdə ana və oğlu yanıq xəsarəti alıb, qadın ölüb
Cəmiyyət 17:47
Şəmkirdə ana və oğlu yanıq xəsarəti alıb, qadın ölüb
ETX: vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb
Cəmiyyət 17:41
ETX: vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

Şağan qəsəbəsinin qaz təchizatı dayandırılacaq
Cəmiyyət 17:15
Şağan qəsəbəsinin qaz təchizatı dayandırılacaq
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Cəmiyyət 16:10
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol