• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Bank Respublika və AKİA fermerlərə daha sürətli və asan şərtlərlə kreditlərlər təqdim edəcək

Bank Respublika və AKİA fermerlərə daha sürətli və asan şərtlərlə kreditlərlər təqdim edəcək
24.04.2020 17:16
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aqrar sahənin maliyyələşdirilməsinin stimullaşdırılması ilə əlaqədar imzaladığı Fərman fermerlərin kredit almaq imkanlarını genişləndirdi və asanlaşdırdı.

Belə ki, ölkəmizdə sahibkarlığın inkişafına böyük dəstək verən Bank Respublika ilə Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) arasında olan əməkdaşlıq çərçivəsində, respublikamızda fermer və sahibkarlar üçün verilən kreditlər daha sürətli və daha asan şərtlərlə təqdim ediləcəkdir.

Artıq fermerlər "Bank Respublika”dan maksimal müddəti 3 il olan 15 min manatadək mikro kreditləri çox qısa bir müddətdə əldə edə biləcəklər. Qeyd edək ki, daha aşağı faizlərlə təqdim olunan kreditlərin maksimal dərəcəsi 12%, güzəşt müddəti isə 12 ayadək təşkil edir.

Kreditin istifadə istiqamətləri aşağıdakılardır:
• Bağçılıq
• Əkinçilik
• Heyvandarlıq 
• Quşçuluq
• Digər ailə-kəndli fermer təsərrüfatları


Təqdim olunacaq kreditlər kənd təsərrüfatı sahəsində çalışan sahibkarların stimullaşdırılmasına və yeni fermer təsərrüfatlarının yaradılması üçün nəzərdə tutulub. 
Yeni şərtlər fermerlərin maliyyəyə çıxış imkanlarını əhəmiyyətli dərəcədə artıraraq, onların fəaliyyətini daha da genişləndirməyə imkanı verəcək, bu da pandemiya dövründə ölkə üçün əhəmiyyəti xüsusilə artan qida və ərzaq təhlükəsizliyinin təmin edilməsinə də öz töhfəsini verəcək.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti105 dolları keçib
İqtisadiyyat 09:52
Azərbaycan neftinin qiyməti105 dolları keçib

“Brent” neftinin qiyməti artıb
İqtisadiyyat 09:25
“Brent” neftinin qiyməti artıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:10
Bu günün valyuta məzənnələri açıqlanıb
Səyahət planlarını Yelo App-ə həvalə et!
İqtisadiyyat 16:37
Səyahət planlarını Yelo App-ə həvalə et!


Ötən il Azərbaycanda 5 min tona yaxın bal istehsal olunub
İqtisadiyyat 16:20
Ötən il Azərbaycanda 5 min tona yaxın bal istehsal olunub
ABB-nin dəstəyi ilə II QadınLiderləri Zirvəsi keçirildi
İqtisadiyyat 16:09
ABB-nin dəstəyi ilə II QadınLiderləri Zirvəsi keçirildi
Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib
İqtisadiyyat 15:26
Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib
Azərbaycan iqtisadiyyatı böyüyüb
İqtisadiyyat 13:24
Azərbaycan iqtisadiyyatı böyüyüb
İki ayda qeyri-neft sektoru üzrə ixrac gəlirləri artıb
İqtisadiyyat 11:53
İki ayda qeyri-neft sektoru üzrə ixrac gəlirləri artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol