• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

Avropa Oyunları Əməliyyat Komitəsinə yeni direktor təyin edildi

Avropa Oyunları Əməliyyat Komitəsinə yeni direktor təyin edildi
16.07.2014 17:20
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC), Paul J Foster-in Protokol şöbəsinin direktoru vəzifəsinə təyin edilməsini elan etməkdən məmnunluq hissi duyur. 
Əslən Avstraliyadan olan və PJF Group konsaltinq şirkətinin təsisçisi və rəhbəri cənab Foster 2014-cü ilin avqust ayında yarımştat əsasda, noyabr ayından isə Bakıda qalaraq tam ştat əsasında BEGOC-a qoşulacaqdır.  
O, Avropa Olimpiya Komitələrinin aparıcı rol oynayan bütün maraqlı tərəflərə yüksək səviyyəli xidmətlər göstərməklə Avropa Ailəsi Əməliyyatları komandasına rəhbərlik edəcəkdir.
Cənab Foster Olimpiya hərəkatı sahəsində geniş biliyə malikdir. O, əvvəllər Beynəlxalq Olimpiya Komitələrində Protokol, Tədbirlər və Qonaqlar ilə maraqlanma şöbəsinin rəhbəri vəzifəsini icra etməklə yanaşı, üç Olimpiya Oyunlarında (2004-cü il Afina Yay Olimpiya Oyunları, 2008-ci il Pekin Yay Olimpiya Oyunları və 2012-ci il London Yay Olimpiya Oyunları) və Qış Olimpiya Oyunlarında (2010-cu il Vancouver Qış Olimpiya Oyunları), eyni zamanda, 2014-cü il Soçi Qış Olimpiya Oyunları və 2016-cı il Rio Yay Olimpiya Oyunları  üçün hazırlıq işlərində  çalışmışdır.
Cənab Fosteri BEGOC-da qarşılayan Komitənin Əməliyyatlar üzrə Baş Direktoru Saymon Kleq (Simon Clegg) demişdir: “Paul, Oyunlar sahəsində geniş, dərin və mükəmməl təcrübəyə malikdir ki, bu təcrübə əsas maraqlı tərəflərə əla, keyfiyyətli xidmətlər göstərməyimizi təmin etməyimiz üçün onu ən uyğun  mövqedə yerləşdirir.
“Onun beynəlxalq aləmdəki nüfuzu və idmana olan həvəsi, mövcud BEGOC komandasının sayını xeyli genişləndirəcək, Azərbaycanın və Avropanın fəxr edəcəyi yarışların həyata keçirilməsinə kömək edəcəkdir.”
Eyni zamanda Beynəlxalq Olimpiya Komitəsi üçün çalışmaqla yanaşı, cənab Foster 2000-ci il Sidney Yay Olimpiya Oyunlarının, 2002-ci il Solt Leyk Siti (Salt Lake City) Qış Olimpiya Oyunlarının və 2006-cı il Turin Qış Olimpiya Oyunlarının Təşkilat Komitələrində də iş təcrübəsinə malikdir.
Cenab Foster demişdir: “Mən Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinə qoşulmaqdan məmnunluq hissi keçirirəm və ilk Avropa Oyunlarının bir parçası olmaq imkanını əldə etmək mənim üçün çox həyəcanvericidir.
“Bu cür istedadlı komandaya qoşulmaq mənim üçün şərəfdir və gələcəkdə keçiriləcək bütün Avropa Oyunları üçün etalona yaxud standarta çevriləcək bir təcrübəni paylaşmaq üçün bütün yerli və xarici maraqlı tərəflər ilə işləməyi səbirsizliklə gözləyirəm.”
Peşəkar karyerası ilə yanaşı cənab Foster,  Roma və Nyu-York universitetlərində Beynəlxalq Əlaqələr sahəsində professorun köməkçisi vəzifəsində çalışmaqla elmi dairələrə də öz töhfəsini verir.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
Baku 2015 23:03
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Baku 2015 18:09
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Bakıda əl qumbarası tapılıb
Baku 2015 11:01
Bakıda əl qumbarası tapılıb
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Bədii gimnastımız  Azərbaycan millisinə 35-ci medalı qazandırıb
Baku 2015 12:06
Bədii gimnastımız Azərbaycan millisinə 35-ci medalı qazandırıb
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Baku 2015 11:29
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Bakıda olimpiada həyəcanı
Baku 2015 11:28
Bakıda olimpiada həyəcanı
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Baku 2015 11:28
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
11:25
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol