• $
  • €
  • ₽
  • ₺
  • £

Balakənə xınayaxdıya gələn Çakır ailəsinin dalınca təyyarə göndərildi

Balakənə xınayaxdıya gələn Çakır ailəsinin dalınca təyyarə göndərildi
30.05.2020 11:28
Azərbaycanlı qıza elçi düşən və Türkiyədən xına mərasimi keçirmək üçün Azərbaycana gələn  Çakır ailəsi koronavirus səbəbindən iki ay burada qaldıqdan sonra nəhayət ki, Rizəyə dönüb. Təyyarə ilə Malatyaya təxliyyə ediləndən sonra 14 gün karantində qalan ailə artıq yaxınlarına qovuşub.

 Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, rizəli 27 yaşlı Rəsul Çakır 21 yaşlı Gülyana Yekayeva ilə evlilik qərarı alıb. Martın 12-də cütlük üçün Balakəndə xına mərasimi təşkil edilib. Mərasimdə bəy Rəsul Çakır ilə yanaşı, anası Gülhan, atası Həsən, qohumları Mustafa Çakır da iştirak edib. Mərasimdən sonra ailə geri qayıtmaq istəyib. Lakin Azərbaycan-Gürcüstan və Gürcüstan-Türkiyə sərhədləri bağlandığı üçün ölkəni tərk edə bilməyiblər. Onlar bir müddət yeni qohumlarının evlərində qalıblar. Daha sonra isə sərhəddə gözləməyə başlayıblar. Martın 25-də Rizədə keçirilməsi planlaşdırılan toyu da təxirə salan ailə 2 ay Azərbaycanda kirayə evdə qalıblar. 


Artıq Çakır ailəsi Rizənin Çamlıhemşin mahalınım Çayırdüzü kəndinə gəlib. Azərbaycanda olduqları müddətdə virusa yoluxmaqdan çox qorxduqlarını açıqlayan Çayırdüzü kəndinin muxtarı Həsən Çakır Türkiyəyə geri dönə bilməyəcəklərinə görə də narahatlıq keçirib: "Azərbaycana getdik, xına gecəsindən 2 gün sonra sərhədlər bağlandı. Orada təcrid vəziyyətində qaldıq. Dövlətimiz təxliyyə təyyarəsi göndərdi, Türkiyəyə gəldik. Malatyada karantində qaldıqdan sonra məmləkətimizə gələ bildik. Azərbaycanda olarkən virusa yoluxacağımızdan çox qorxurdum. Çünki bizim imkanlarımızla oradakı imkanlar eyni deyil. Bütün dünyada virus tüğyan edirdi və yenidən Türkiyəyə dönə bilməyəcəyimizə görə narahat idim. Sağ olsunlar, konsulluqdan bizə tez-tez zəng edirdilər. Bu da bizi ümidləndirirdi. Artıq məmləkətimizdəyik, işimizə geri döndüyümüzə görə çox xoşbəxtik. Allah heç kəsi çıxılmaz vəziyyətdə qoymasın”. 


Gülhan Çakır da çox çətin bir dövr yaşadıqlarını bildirib: "Ölkəmizə qayıda biləcəyimiz xəbərini aldığımız zaman sevindiyimizdən uçurduq. Türkiyəyə gəlib çatana qədər buna inana bilmirdik. Artıq çox xoşbəxtik. Ən yaxşısı Türkiyədir, başqa bir şey demirəm".


Ailənin yaxın qohumu Mustafa Çakır da Azərbaycanda olarkən konsulluğun onlarla daim əlaqə saxladıqlarını söyləyib: "Sonuncu dəfə bizi aparmağa gələcəklərini söylədilər. Əlbəttə ki, yenə də narahat idik. Üzərində türk bayrağı olan qırmızı təyyarəni görəndə dünyalar bizim oldu. Biz təyyarəylə Türkiyəyə qayıtdıq. Allah, dövlətimizə, millətimiz pis günlər yaşatmasın. Bizi karantin üçün Malatyaya apardılar və təyyarədən enəndə yeri öpdüm”, - M.Çakır deyib.


Toya hazırlaşan bəy Rəsul Çakır da bu iki ay ərzində çətin günlər yaşadıqlarını dilə gətirib: "Azərbaycanda olduğumuz müddətdə çətinliklər çəkdik. Qayıdacağımızı bilmədən gözlədik. Ancaq gələcək həyat yoldaşım orada olduğuna görə xoşbəxt idim. Onu gətirə bilmədim. Sərhədlər yenidən açıldığında gətirəcəyik. Yazda toy etməyi planlaşdırırıq."


Xatırladaq ki, buna bənzər hadisə Qazax rayonunda da baş vermişdi. Ərdahandan nişan üçün gələn türkiyəli bəy və qohumları sərhədlər bağlandığı üçün Azərbaycanda qalmışdılar. 
























www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda bağçada yıxılan azyaşlının qolu qırılıb -Video
Cəmiyyət 23:57
Sumqayıtda bağçada yıxılan azyaşlının qolu qırılıb -Video
Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Cəmiyyət 20:03
Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Jurnalistlərə saxta zənglərlə bağlı xəbərdarlıq edilib
Cəmiyyət 15:47
Jurnalistlərə saxta zənglərlə bağlı xəbərdarlıq edilib
Oktyabrın ilk 13 günündə orta temperatur normadan 2,9 dərəcə yüksək olub
Cəmiyyət 14:50
Oktyabrın ilk 13 günündə orta temperatur normadan 2,9 dərəcə yüksək olub
Astarada fizika müəllimi polisin qanuni tələbinə tabe olmadığı üçün həbs edilib
Cəmiyyət 14:44
Astarada fizika müəllimi polisin qanuni tələbinə tabe olmadığı üçün həbs edilib
Media və Yayım Şurası İran telekanalını Azərbaycanla bağlı dezinformasiyada ittiham edib
Cəmiyyət 13:27
Media və Yayım Şurası İran telekanalını Azərbaycanla bağlı dezinformasiyada ittiham edib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:57
Sabahın hava proqnozu açıqlanıb
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib
Cəmiyyət 11:52
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib
Azərbaycanda ötən gün 35 şübhəli saxlanılıb
Cəmiyyət 10:13
Azərbaycanda ötən gün 35 şübhəli saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol