• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Dünyada zorakılığa məruz qalan uşaqların sayı açıqlanıb-STATİSTİKA

Dünyada zorakılığa məruz qalan uşaqların sayı açıqlanıb-STATİSTİKA
20.06.2020 09:14
Ötən il 2-17 yaş arası bir milyarda yaxın uşaq bu və ya digər şəkildə təcavüzə, zorakılığa məruz qalıb.

Bu barədə TASS agentliyi BMT Uşaq Fondunun (UNICEF) yayımladığı hesabata istinadən xəbər verib.

Sənədə görə, iki ilə dörd yaş arasındakı təxminən 300 milyon uşaq qəyyumları tərəfindən mütəmadi olaraq qəddar davranışla üzləşiblər.

Hesabat müəlliflərinin fikrincə, koronavirus epidemiyasının yayılmasına qarşı tətbiq olunan tədbirlər yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq hallarının qarşısının alınmasını xeyli çətinləşdirir. Belə bir vəziyyət uzunmüddətli mənfi nəticələrə səbəb ola bilər.

Pandemiya uşaq sağlamlığı və təhsili kimi sahələrdə indiyədək qazanılmış nailiyyətlərə də xələl gətirib.

Bundan əvvəl Beynəlxalq Əmək Təşkilatı və UNICEF proqnozlaşdırmışdı ki, koronavirus pandemiyası səbəbindən dünyada milyonlarla uşaq işləməyə məcbur olacaq. Eyni zamanda, onsuz da işləyən uşaqlar daha ağır vəziyyətə düşə bilərlər.

Pandemiyaya görə bağlanan təhsil müəssisələrində fəaliyyət bərpa olunduqdan sonra iqtisadi böhranla əlaqədar yaranan imkansızlıq səbəbindən təhsil almaq hər uşağa nəsib olmaya bilər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
Cəmiyyət 21:04
Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
Qəzzaya humanitar yardım edilib
Cəmiyyət 15:59
Qəzzaya humanitar yardım edilib
Arıqlamaq üçün gündə nə qədər kalori itirmək lazımdır? - Alimlərdən araşdırma
Cəmiyyət 17:11
Arıqlamaq üçün gündə nə qədər kalori itirmək lazımdır? - Alimlərdən araşdırma
Komandirə başqa hava limanları təklif edilib, lakin o Aktaunu seçib - Rusiya
Cəmiyyət 15:29
Komandirə başqa hava limanları təklif edilib, lakin o Aktaunu seçib - Rusiya
İPhone 16-nın ən ucuz və ən baha satıldığı ölkələrin adları açıqlanıb
Cəmiyyət 15:47
İPhone 16-nın ən ucuz və ən baha satıldığı ölkələrin adları açıqlanıb
BƏƏ Durovun həbsi səbəbindən  Fransa ilə razılaşmanı pozub
Cəmiyyət 16:48
BƏƏ Durovun həbsi səbəbindən Fransa ilə razılaşmanı pozub
Ərizə yazıb istefa verdiyi vəzifəyə yenidən qayıtdı
Cəmiyyət 17:15
Ərizə yazıb istefa verdiyi vəzifəyə yenidən qayıtdı
Gürcüstanda partiya Putinə müraciət edib
Cəmiyyət 13:51
Gürcüstanda partiya Putinə müraciət edib
Sərhədin demarkasiya olunmuş hissəsində təhlükəsizlik təmin olunacaq - Nikol Paşinyan
Cəmiyyət 13:50
Sərhədin demarkasiya olunmuş hissəsində təhlükəsizlik təmin olunacaq - Nikol Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol