• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

Kannda “Bakı Avropa Oyunları - 2015”in təntənəli təqdimatı keçirildi

Kannda “Bakı Avropa Oyunları - 2015”in təntənəli təqdimatı keçirildi
10.07.2014 17:06
Kann (Fransa) şəhərində baş tutan Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Bakı Avropa Oyunları - 2015”in təntənəli təqdimatı keçirilib.APA-nın məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib. Tədbirdə çıxış edən Kann şəhərinin meri Devid Lisnard bildirib ki, Azərbaycanla Kann şəhəri arasında dostluq əlaqələri getdikcə inkişaf edir. Mer qeyd edib ki, artıq ikinci dəfədir Kannda Azərbaycan Mədəniyyəti Günləri təşkil olunur: “Azərbaycan zəngin mədəni dəyərlərə malikdir. İnanıram ki, gələn il ilk Avropa Oyunları Bakıda yüksək səviyyədə təşkil olunacaq”.  Mərasimdə çıxış edən Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva qeyd edib ki, Kann şəhərinin fəxri vətəndaşı olmaq şərəflidir: “Mən fürsətdən istifadə edərək bu gözəl şəhərə, onun bütün sakinlərinə öz hörmətimi çatdırıram. Hər il olduğu kimi, bu il də biz qonaqpərvərliyi və dostluğu hiss edirik və bizim ölkəmizə göstərilən diqqətə, hörmətə görə, tədbirlərimizdə bizə yardım göstərən hər kəsə, xüsusən də Kann şəhərinin meri cənab Lisnarda dərin təşəkkürümü çatdırıram. Baxmayaraq ki, Olimpiya hərəkatı Avropada meydana gəlib və sonradan Avropada bərpa olunub, bu vaxta qədər Avropa Oyunları heç zaman keçirilməyib. Belə oyunları - tarixə ilk Avropa Oyunları kimi daxil olan yarışları qəbul etmək, hazırlamaq və keçirmək bizim üçün, Azərbaycan üçün ən böyük şərəfdir və həm də böyük məsuliyyətdir”. M.Əliyeva əlavə edib ki, Azərbaycan dünyada idman məkanı kimi tanınır. İdmana, Olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir: “Biz müstəqilliyimizi bərpa etdikdən sonra Olimpiya Oyunlarında 1996-cı ildən iştirak edirik və qısa bir zamanda idmançılarımız böyük nailiyyətlər əldə ediblər. Oyundan-oyuna qazanılan medalların sayı artır. Ölkəmizdə idman infrastrukturunun inkişafına böyük diqqətlə yanaşılır və son on ildə Azərbaycanda 50-dən çox Olimpiya Mərkəzi inşa olunub”. Azərbaycanın tolerantlıq və multikulturalizm baxımından dünya mərkəzlərindən birinə çevrildiyini deyən M.Əliyeva əsrlər boyu ölkədə müxtəlif xalqların və dinlərin təmsilçilərinin dostluq, qarşılıqlı etimad və sülh şəraitində rahat yaşayıb fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Mərasimdə “Bakı-2015 Avropa Oyunları” ilə bağlı video təqdimat olub. Fransa Olimpiya və İdman Komitəsinin prezidenti Deni Masseqliya 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini böyük hadisə adlandırıb. Tədbirdən sonra “Bakı-2015 Avropa Oyunları”nın təqdimatına həsr edilən ziyafət olub, Azərbaycan incəsənət ustaları mərasimdə konsert proqramı ilə çıxış ediblər. Tədbir çərçivəsində Kann şəhərinin məşhur Kruazett bulvarında atəşfəşanlıq olub. Atəşfəşanlıq Azərbaycanın dövlət himni ilə başlayıb, Azərbaycan bəstəkarlarının musiqisi ilə müşayiət olunub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
Baku 2015 23:03
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Baku 2015 18:09
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Bakıda əl qumbarası tapılıb
Baku 2015 11:01
Bakıda əl qumbarası tapılıb
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Bədii gimnastımız  Azərbaycan millisinə 35-ci medalı qazandırıb
Baku 2015 12:06
Bədii gimnastımız Azərbaycan millisinə 35-ci medalı qazandırıb
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Baku 2015 11:29
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Bakıda olimpiada həyəcanı
Baku 2015 11:28
Bakıda olimpiada həyəcanı
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Baku 2015 11:28
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
11:25
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol