• $ 1.7
  • € 1.9345
  • ₽ 0.020578
  • ₺ 0.0442
  • £ 2.2777

Azərbaycanda bu uşaqlara 36 manat veriləcək - Nazirlər Kabineti qərar verdi

Azərbaycanda bu uşaqlara 36 manat veriləcək - Nazirlər Kabineti qərar verdi
24.08.2020 18:50
Valideynlərini itirmiş və valideyn "himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə peşə təhsili müəssisələrində təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması təhsil aldığı müəssisənin hesabına təmin ediləcək və yaxud həmin dərslik və dərs ləvazimatları əvəzinə 36 manat müavinət veriləcək. 
Anews.az bildirir ki, bu barədə Kabinetinin "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında" 2001-ci il 7 noyabr tarixli 179 nömrəli və "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "Məzun evi" Sosial Müəssisəsinin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarlarında dəyişiklikdə öz əksini tapıb. 
Həmçinin dəyişikliyə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər peşə təhsili müəssisələrini bitirdikləri zaman Nazirlər Kabinetinin "Bütün tipdən olan internat məktəblərdə, əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunması norması haqqında" 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarına uyğun olaraq, müvafiq təhsil müəssisəsinin xərclər smetası hesabına 27,5 manat məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin oluncaqlar. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Azərkosmos”un ixrac gəlirləri azalıb
İqtisadiyyat 15:02
“Azərkosmos”un ixrac gəlirləri azalıb
Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb
İqtisadiyyat 14:57
Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb
ABB mobile tətbiqi daha da etibarlı oldu
İqtisadiyyat 13:20
ABB mobile tətbiqi daha da etibarlı oldu
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
İqtisadiyyat 10:14
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
Kapital Bank əməkdaşları kütləvi ağacəkmə aksiyasında iştirak ediblər
İqtisadiyyat 10:06
Kapital Bank əməkdaşları kütləvi ağacəkmə aksiyasında iştirak ediblər
Əmtəə bazarlarında qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 09:46
Əmtəə bazarlarında qızılın qiyməti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:28
Azərbaycan nefti ucuzlaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:13
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Kapital Bank-ın dəstəyi ilə keçirilən müəllimlər üçün “Nə? Harada? Nə zaman?”
oyunu üzrə respublika çempionatı yekunlaşdı
İqtisadiyyat 17:30
Kapital Bank-ın dəstəyi ilə keçirilən müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı yekunlaşdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol