• $
  • £

Gənclər ictimai nəzarəti gücləndirəcəklər

Gənclər ictimai nəzarəti gücləndirəcəklər
16.09.2020 22:30
Azərbaycan Respublikasının Prezidentinin ictimai nəzarətin gücləndirilməsi barədə çağırışına cavab olaraq, "Koronavirus Pandemiyası ilə Mübarizədə Gənclər Təşkilatlarının Rolunun Stimullaşdırılması” layihəsi çərçivəsində gənclər təşkilatlarından ibarət İctimai Nəzarət Qrupları yaradılıb. 

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Koronavirus Pandemiyası ilə Mübarizədə Gənclər Təşkilatlarının Rolunun Stimullaşdırılması” layihəsinin məqsədi ölkəmizdə yayılmış COVID-19 virusu haqqında əhalinin maarifləndirilməsi, bununla da ölkə ərazisində yoluxma sayının minimuma endirilməsi və vətəndaşları narahat edən məsələlərin aradan qaldırılmasına dəstək olmaqdır. 

Mərhələli şəkildə fəaliyyət göstərəcək Nəzarət qrupları ilk olaraq pandemiya ilə əlaqədar təyin olunmuş qaydalara əməl edilməsi və əhalinin maarifləndirilməsi istiqamətində işlər aparacaqlar. 

Bu məqsədlə paytaxt Bakı və regionlarda 30 gənclər təşkilatının İctimai Nəzarət qrupları kimi fəaliyyətə cəlb olunması nəzərdə tutulub. İctimai Nəzarət qrupları fəaliyyətləri zamanı gigiyenik vasitələrin (maska, əlcək, spirt) və virusla mübarizə üçün təbliğat materiallarının (flayer, buklet, stiker) paylanılmasında, vətəndaşları narahat edən məsələlərin təyin edilməsində yaxından iştirak edəcəklər. Seçilmiş ərazilərin yerli idarəetmə orqanları və təhlükəsizlik strukturları ilə əməkdaşlıq edilməsi də planlaşdırılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anar Quliyev: Urbanizasiya problemləri müzakirədən çox real fəaliyyət tələb edir
Cəmiyyət 13:13
Anar Quliyev: Urbanizasiya problemləri müzakirədən çox real fəaliyyət tələb edir
AZAL Naxçıvan reyslərini bərpa edib
Cəmiyyət 10:40
AZAL Naxçıvan reyslərini bərpa edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 09:39
Faktiki hava açıqlanıb
Bu gün Azərbaycanda WUF13-ə start verilir
Cəmiyyət 09:21
Bu gün Azərbaycanda WUF13-ə start verilir
Bu gün magistraturaya II cəhd qəbul imtahanı keçiriləcək
Cəmiyyət 08:58
Bu gün magistraturaya II cəhd qəbul imtahanı keçiriləcək
WUF13 BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi ilə başlayacaq
Cəmiyyət 20:31
WUF13 BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi ilə başlayacaq
Təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanının vaxtı açıqlanıb
Cəmiyyət 20:06
Təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanının vaxtı açıqlanıb
Göygöldə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 18:50
Göygöldə yol qəzası baş verib, xəsarət alanlar var
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Cəmiyyət 17:50
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol