• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirmək üçün birgə işçi qrupu yaradır

Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirmək üçün birgə işçi qrupu yaradır
12.10.2026 14:52

 

 Azərbaycan və Kamboca ticarət və investisiya əməkdaşlığının inkişafı, eləcə də ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi üçün birgə işçi qrupu yaradılması barədə razılığa gəliblər.

Azərbaycan Prezidenti İlham Əliyev bu barədə oktyabrın 12-də Kambocanın Baş naziri Hun Manetlə Bakıda keçirilən görüşdən sonra mətbuata bəyanatında bildirib.

Prezident qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi hazırda aşağı səviyyədədir. Tərəflər ticarət və investisiya sahələrində əməkdaşlığın praktiki aspektlərini müzakirə edib, sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması, turizm və təhsil sahələrində əlaqələrin genişləndirilməsi imkanlarına toxunublar.

Kambocanın Baş naziri Hun Manet də iki ölkə arasında ticarət, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu bildirib. Onun sözlərinə görə, tərəflər ticarət əlaqələrinin inkişafı üzrə konkret tədbirləri müəyyənləşdirəcək birgə işçi qrupunun yaradılmasını nəzərdə tutan çərçivə sazişinin hazırlanması barədə razılığa gəliblər.

Hun Manet Azərbaycanın işgüzar nümayəndə heyətini imkanları araşdırmaq üçün Kambocaya dəvət edəcəklərini bildirib. O, həmçinin iki ölkənin mülki aviasiya qurumları arasında görüş keçirilməsi və hava əlaqələri haqqında sazişin imzalanması imkanlarının müzakirə olunduğunu qeyd edib.

İlham Əliyev nəqliyyat, rəqəmsal transformasiya və dövlət xidmətləri sahələrini də əməkdaşlığın perspektivli istiqamətləri kimi göstərib. Prezident Azərbaycanın “ASAN xidmət” modelinin Kambocada da maraq doğurduğunu bildirib.

Tərəflər mina problemi ilə bağlı təcrübə və bilik mübadiləsinin, eləcə də təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. İlham Əliyevin sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın işğalı dövründə basdırılmış minaların partlaması nəticəsində 400-dən çox insan həlak olub və ya xəsarət alıb.

Prezident bildirib ki, həmin ərazilərdə bərpa işləri davam edir və “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 100 minə yaxın insan yaşayır və çalışır.

Azərbaycan və Kamboca 30 ildən artıqdır diplomatik münasibətlər saxlayırlar. Hun Manet Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə görüşündə də iştirak edəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident təqaüdü alacaq tələbələrin adları açıqlanıb
Siyasət 15:18
Prezident təqaüdü alacaq tələbələrin adları açıqlanıb
Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirmək üçün birgə işçi qrupu yaradır
Siyasət 14:52
Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirmək üçün birgə işçi qrupu yaradır
Birinci xanımlar görüşüb
Siyasət 13:45
Birinci xanımlar görüşüb
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 17:21
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Siyasət 16:40
İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
Siyasət 16:10
İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
İlham Əliyev Ramzan Kadırovu qəbul edib
Siyasət 15:48
İlham Əliyev Ramzan Kadırovu qəbul edib
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Siyasət 14:02
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Deputatlar və QHT nümayəndələri ABŞ Konqresini 907-ci maddəni ləğv etməyə çağırıblar
Siyasət 11:30
Deputatlar və QHT nümayəndələri ABŞ Konqresini 907-ci maddəni ləğv etməyə çağırıblar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol