• $ 1.7
  • € 2.0166
  • ₽ 0.022092
  • ₺ 0.0389
  • £ 2.3187

SON DƏQİQƏ!- DTX əməliyyat keçirdi

SON DƏQİQƏ!- DTX əməliyyat keçirdi
18.09.2020 09:53
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Anews.az xəbər verir ki, araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əhmədov Amil Mehman oğlunun 2016-2019-cu illər ərzində ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşaiyət olunan, dini məzhəbləri yaymaq adı altında, dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə Suriya Ərəb Respublikasının Hələb şəhərinin Leroman qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silah və partlayıcı qurğulardan istifadə qaydalarına yiyələnərək  "Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində Hələb, Hama və İdlib şəhərlərində silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən edilmişdir.

Amil Əhmədov sonradan gizli yollarla üçüncü dövlətin ərazisinə keçmişdir.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il sentyabrın 7-də Amil Əhmədov şübhəli şəxs qismində saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratmaq, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol