• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Sərt karantin rejimi yenidən tətbiq ediləcək?- TƏBİB-dən AÇIQLAMA

Sərt karantin rejimi yenidən tətbiq ediləcək?- TƏBİB-dən AÇIQLAMA
25.09.2020 10:44
"Birincisi, epidemioloji vəziyyət tam nəzarət altındadır. İkincisi, daimi olaraq dövlət qurumları, səhiyyə qurumları bu barədə qabaqlayıcı tədbirlər görür. Belə davam etsə, insanlarımız qorunma tədbirlərinə əməl etsə,  inanmıram ki, gələcəkdə hər hansı sərtləşdirici karantin tədbirləri olsun".
Bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Elmi Komitəsinin sədri, professor Akif Qurbanov İctimai Televiziyada yayımlanan "Diqqət mərkəzi” verilişində ölkədəki epidemioloji vəziyyət haqqında danışıb.

O qeyd edib ki, ola bilər ki, yoluxmaların sayında artım görülsün. "Bu da bizim özümüzdən asılıdır. Yoluxmanın artması o deməkdir ki, hansısa şərtləri gözləmirik”. Onun sözlərinə görə, gələcəkdə müəyyən bir bölgədə yoluxma sayının kəskin artması müşahidə olunarsa, orada lokal karantin tədbirləri tətbiq edilə bilər.

Hazırda TƏBİB tərəfindən aparılan tədqiqata əsasən, əhalinin təqribən 20-30 faizində koronavirusa qarşı immunitet yaranıb. Daha bir 20%-nin də vaksinasiyası sayəsində ümumilikdə əhalinin yarısından artığında immunitet yaranacaq. Nəticədə əhalinin 50 faizində immunitet olarsa, pandemik proses dayanmış olur, yoluxma sayı artmır.

İnsanlar qorunma tədbirlərinə əməl etsələr, COVİD vaksininə qədər yoluxma sayında ciddi artım olmayacaq. Ölkəyə COVİD-19 vaksini gələrsə, ilk növbədə risk qruplarına tətbiq ediləcək. Bura yaşlı əhali qrupu, xroniki xəstəlikləri olanlar, tibb işçiləri, ola bilsin müəllimlər daxildir. Bu da təqribən əhalinin 20%-ni əhatə edəcək". 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol