• $
  • £

DÇ: Yunanıstan və Kolumbiya 1/8 finalda

DÇ: Yunanıstan və Kolumbiya 1/8 finalda
29.05.2020 05:27

Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.

Qol.Az-ın məlumatına görə, bu gün daha 4 qarşılaşma baş tutub.

İlk öncə D qrupunun iki oyunu keçirilib. Artıq 1/8 finalda oynamaq hüququ əldə edən Kosta Rika millisi mundialla vidalaşan İngiltərə ilə qarşılaşıb. Görüş  qolsuz bərabərliklə başa çatıb.

Qrupunda digər oyununda isə İtaliya və Uruqvay yığmaları qarşılaşıb. Növbəti mərhələyə vəsiqə əldə etmək üçün İtaliyanı bir xal da təmin etməli, Uruqvay isə mütləq qələbə qazanmalı idi. Matçda Uruqvay 1:0 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib.

Gecə saatlarında C qrupunun oyunlarına start verilib. 1/8 finala yüksəlmək şanslarını saxlayan Yunanıstan və Fil Dişi Sahili yığmaları münasibətlərinə aydınlıq gətiriblər.  1/8 finala yüksəlmək üçün bu görüşdə Afrika təmsilçisini 1 xal qane etdiyi halda, Yunanıstan millisi mütləq qələbə qazanmalı idi ki, avropalılar bunu bacarıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən yunanlar 1/8 final mərhələsinə yüksəliblər.

Digər oyunda Yaponiya Kolumbiya millisi ilə qarşılaşıb. Artıq 1/8 finala vəsiqəni təmin edən Kolumbiya yığması üçün bu görüş formal xarakter daşıyırdl. Yaponiya millisini isə yalnız 3 xal qane edirdi. Qarşılaşma Kolumbiyanın böyükhesablı qələbəsi ilə başa çatıb – 4:1. Bununla da Kolumbiya 1/8 finala qrup lideri kimi çıxıb. Fil Dişi sahili və Yaponiya milliləri isə mundialla vidalaşıb.

24 İyun

C qrupu

01:00. Yunanıstan - Fil Dişi Sahili - 2:1

Qollr: Samaris, 43 (1:0), Boni, 80 (1:1), Samaras, 90+2-pen. (2:1)

01:00. Yaponiya - Kolumbiya - 1:4 

Qollar: Kuadrado, 16-pen. (0:1), Okzaki, 45+1 (1:1), Martinez, 55 (1:2), 82 (1:3), Rodrigez, 90 (1:4)

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol