• $ 1.7
  • € 1.9774
  • ₽ 0.021061
  • ₺ 0.0414
  • £ 2.2874

Azərbaycanda andlılar məhkəməsi yaradılmayacaq

Azərbaycanda andlılar məhkəməsi yaradılmayacaq
20.06.2014 16:55
 Milli Məclisin bu gün keçirilən iclasında Baş Prokurorluq və Ali Məhkəmə tərəfindən parlamentə təqdim olunmuş “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.APA – nın məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O qeyd edib ki, hər iki sənəd Məhkəmə-Hüquq Şurasında da ciddi müzakirə olunub. Ə. Hüseynli bildirib ki, “Məhkəmələr və hakimlər haqqında” qanunda nəzərdə tutulan andlı iclasçılar institutu ölkəmizdə məhkəmə-hüquq islahatları başa çatdıqdan sonra qüvvəyə minməli olsa da, Baş Prokurorluq tərəfindən bir sıra ölkələrin bu sahədəki təcrübəsi öyrənilib və məlum olub ki, andlı iclasçılar institutu gözlənilən səmərəni vermir: “Belə ki, məhkəmədə işlərə andlı iclasçılar baxdığı zaman onların çıxardığı qərarın qəbulunda hakim iştirak etmir. Bu isə təqsirliliyin müəyyənləşdirilməsində kifayət qədər əsaslı olmayan qərarların qəbuluna səbəb ola bilir. Çünki əsasən hüquq təhsili olmayan şəxslərdən ibarət olan andlı iclasçılar bəzən hüquqi mühakimə yürüdə bilmir. Bu fakt isə cinayət qanunvericiliyi prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bütün bunları nəzərə alaraq, Baş Prokurorluq “Məhkəmələr və hakimlər haqqında” qanunda andlı iclasçılar institutunun ləğv edilməsini məqsədəuyğun sayır”. Müzakirələrdə bəzi deputatlar bu institutun saxlanılmasının tərəfdarı olsa da, səsvermə zamanı əksəriyyət onun ləğvini istəyib. Beləliklə, təklif qəbul olunub və Azərbaycanda andlılar məhkəməsinin yaradılmasından imtina edilib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda iki azyaşlı uşağı döyən ata saxlanılıb
Cəmiyyət 05:56
Ağdamda iki azyaşlı uşağı döyən ata saxlanılıb
Naxçıvanda çörək emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Cəmiyyət 21:10
Naxçıvanda çörək emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Ağdamda iki yaşlı uşaq döyülüb
Cəmiyyət 18:39
Ağdamda iki yaşlı uşaq döyülüb
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək
Cəmiyyət 18:30
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək
Xaricdə onlayn təhsillə bağlı XƏBƏRDARLIQ
Cəmiyyət 18:01
Xaricdə onlayn təhsillə bağlı XƏBƏRDARLIQ
Bayramov Fransanın səfirini diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib
Cəmiyyət 17:33
Bayramov Fransanın səfirini diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib
MİQ üzrə vakansiya seçimində 1300-dən çox namizəd uğur qazanıb
Cəmiyyət 17:27
MİQ üzrə vakansiya seçimində 1300-dən çox namizəd uğur qazanıb
DOST Mərkəzində yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 17:02
DOST Mərkəzində yanğın söndürülüb - Yenilənib
Azərbaycanda gənclər arasında xərçəng hallarının sayı artır
Cəmiyyət 16:28
Azərbaycanda gənclər arasında xərçəng hallarının sayı artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol