• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Deputatların şəhidlərdən xəbəri varmı? - AÇIQLAMA

Deputatların şəhidlərdən xəbəri varmı?  - AÇIQLAMA
13.11.2020 17:49
44 gün davam edən İkinci Qarabağ savaşı bir neçə gündür bitib. Savaş  zamanı Azərbaycan da bir çox şəhid verib. Maraqlıdır şəhidlərin yaşadıqları bölgələrdən seçilmiş millət vəkilləri  şəhidlərin dəfnində  iştirak edibmi, ailələrinə baş sağlığı veriblərmi? 

Lənkərandan millət vəkili  seçilmiş Rüfət Quliyev deyir ki, savaşın başladığı ilk günlərdə şəhid olanların ailəsini ziyarət edib, daha sonra isə paytaxtda qalmağa üstünlük verib. 

"Bizə tövsiyyə olundu ki, Bakıda qalaq. Çünki hər an Milli Məclisdəki iclaslara çağırıla bilərdik. Buna baxmayaraq mənim Lənkəranda köməkçim var. Lazım olan məsələlərlə bağlı ona müraciət olunur. Mən şəhid ailələrinə yalnız mənəvi dəstək olmuşam. Maddi baxımdan dövlət onlara lazımi qayğı və diqqət göstərir”.

Naxçıvan Müxtar Respublikasından millət vəkili  Ülviyyə Həmzəyeva bildirib ki, hazırda Naxçıvana 14 şəhid gəlib və o, hər birinin dəfnində iştirak etməyə çalışır. 

"Mən ilk gündən Naxçıvanda şəhid olan ailələrin yanında olmuşam və demək olar bütün şəhid dəfnlərində iştirak etmişəm. İndi də şəhid övladlarımızdan birinin dəfninə gedirəm. Şəhid ailələrinin yanında olmaq bizim borcumuzdur".  
 
Deputat Aydın Mirzəzadə pandemiya ilə əlaqədar Mingəçevirə gedə bilmədiyini bildirdi.
 
"Mingəçevirdə davamlı olaraq şəhər rəhbərliyi, ziyallılar, ayrı-ayrı idarə rəhbərləri ilə danışıram. Bu günə qədər 3 şəhidin dəfnində iştirak etmişəm. Ümumilikdə isə şəhidlərin nə qədər və hansı ailələrdən olduğu barədə tam məlumatlıyam. Şərait imkan verən kimi Mingəçevirə gedərək şəhid olan əsgərlərin hər birinin ailəsində olmağı düşünürəm”.

Gəncənin deputatı Naqif Həmzəyev bildirib ki, bütün şəhidlərin dəfnlərində iştirak edib. 

Sumqayıt şəhərindən millət vəkili seçilmiş Tahir Mirkişili anews.az-a açıqlamasında bildirib ki, Sumqayıtda şəhid olan ailələrərə dəstək olmaq üçün onlara baş çəkib. Lazım olan maddi və mənəvi dəstək göstərib.
 
Salyan rayonundan deputat seçilmiş Fəzail Ağamalı müharibə başlıyandan şəhid ailələrinin yanında dəstək olduğunu bildirdi.

"Müharibə başalyandan demək olar ki, bütün şəhid dəfnlərində iştirak etmişəm. Valideynləri ilə görüşmüşəm. Düşünürəm dövlət maddi dəstəklə bağlı şəhid ailələrinə lazım olan yardımı göstərir. Buna baxmayaraq 4 həftə ərzində həftə sonları Salyanda yaralı əsgərlərə baş çəkmişəm. Dost–tanışların dəstəyi ilə onlara ev yeməkləri də hazırlayıb aparmışıq. Partiyamızın xətti ilə isə Tərtər bölgəsində ön cəbhədə vuruşan əsgərlərimiz üçün yardımlar göndərmişik”.
 
Son olaraq Naxçıvandan olan deputat Seyavuş Novruzov mövzuya  münasibət bildirdi. " Mən bu suala cavab vermək istəmirəm” deyən millət vəkilindən niyəsini soruşanda  "elə” deyərək cavabdan yayındı. 
 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Cəmiyyət 12:33
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Cəmiyyət 12:03
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
Cəmiyyət 16:21
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
Cəmiyyət 18:24
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
Cəmiyyət 14:28
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Cəmiyyət 20:46
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Seçkilərə gedən
Cəmiyyət 16:47
Seçkilərə gedən "Musavat" partiyasının qazandıqları - MÜSAHİBƏ/VIDEO
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Cəmiyyət 14:28
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol