• $ 1.7
  • € 1.9952
  • ₽ 0.021757
  • ₺ 0.0425
  • £ 2.3133

Ağdamın mərkəzinə bayrağımız sancıldı - Video

Ağdamın mərkəzinə bayrağımız sancıldı - Video
20.11.2020 20:48
Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonuna daxil olan Azərbaycan Ordusunun bölmələri ərazidə bir sıra tədbirləri həyata keçirib.

Müdafiə Nazirliyindən Anews.az-a verilən məlumata görə, qoşunlarımızın bu istiqamətdə təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə ərazilər gecə saatlarında minalardan təmizlənib, mühəndis-istehkam işləri başa çatdırılıb, hərəkət marşrutu üzrə yollar istifadəyə hazır vəziyyətə gətirilib. Hazırda bölmələrimizin şəxsi heyəti və zirehli texnikasının ərazidə dislokasiya olunması üçün zəruri tədbirlər icra olunur.

İşğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb, Dövlət himni səsləndirilib və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə məruzə olunub.

Ağdam şəhərindəki Cümə məscidi və ərazisi hərbçilərimiz tərəfindən təmizlənib, məsciddə Azan oxunub və Cümə namazı qılınıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İqtisadi Şuranın iclası keçirildi
Siyasət 19:30
İqtisadi Şuranın iclası keçirildi
Prezident Əliyev 2024-cü il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqləyib
Siyasət 13:53
Prezident Əliyev 2024-cü il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqləyib
Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
Siyasət 11:53
Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
"Yaşayış minimumu haqqında" qanunun tətbiqinə dair fərman imzalayıb
Siyasət 11:42
"Yaşayış minimumu haqqında" qanunun tətbiqinə dair fərman imzalayıb
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
Siyasət 11:38
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
Azərbaycan Prezidenti Monqolustan liderini milli bayram münasibətilə təbrik edib
Siyasət 11:06
Azərbaycan Prezidenti Monqolustan liderini milli bayram münasibətilə təbrik edib
Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik - ABŞ Dövlət Departamenti
Siyasət 00:05
Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik - ABŞ Dövlət Departamenti
Prezidentin BƏƏ-yə səfərindən görüntülər
Siyasət 22:51
Prezidentin BƏƏ-yə səfərindən görüntülər
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
Siyasət 21:27
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol