• $
  • £

İnklüziv təhsillə bağlı daha bir addım

İnklüziv təhsillə bağlı daha bir addım
28.11.2020 11:42
2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əks olunub.

Təkliflər Nazirlər Kabineti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanacaq.

Bundan başqa, Fəaliyyət Planında 2021–2022-ci illərdə çətin həyat şəraitində olan uşaqların aşkarlanması və onlara münasibətdə sosial müdafiə tədbirlərinin həyata keçirilməsi üzrə işlək mexanizmin yaradılması istiqamətində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması da nəzərdə tutulur.
İşin icrası Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 23:24
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Siyəzəndə 59 yaşlı qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 21:40
Siyəzəndə 59 yaşlı qadın dəm qazından boğularaq ölüb
Şəmkirdə ana və oğlu yanıq xəsarəti alıb, qadın ölüb
Cəmiyyət 17:47
Şəmkirdə ana və oğlu yanıq xəsarəti alıb, qadın ölüb
ETX: vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb
Cəmiyyət 17:41
ETX: vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

Şağan qəsəbəsinin qaz təchizatı dayandırılacaq
Cəmiyyət 17:15
Şağan qəsəbəsinin qaz təchizatı dayandırılacaq
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Cəmiyyət 16:10
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Mazasırdə yol çöküb
Cəmiyyət 15:41
Mazasırdə yol çöküb
Bu istiqamətlərdə əlavə qatar reysləri təyin edilib
Cəmiyyət 15:37
Bu istiqamətlərdə əlavə qatar reysləri təyin edilib
Masallıda yanğın: baba və 2 yaşlı nəvə həlak olub
Cəmiyyət 15:15
Masallıda yanğın: baba və 2 yaşlı nəvə həlak olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol