• $
  • £

Bakıda "balkon" təhlükəsi - VİDEO

Bakıda "balkon" təhlükəsi - VİDEO
13.06.2014 11:48
Vətəndaşın özbaşına mənzilinə əlavə eyvan artırması qanunsuz hesab olunur. ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, hazırda Azərbaycanda çox təsadüf olunan hallardan biri də vətəndaşların yaşadıqları bina evlərinə əlavə dəyişikliklərin edilməsidir. Yaşayış sahəsinin kiçikliyini səbəb gətirərək çox vaxt vətəndaşlar əlavə eyvanlar artırırlar. Təbii ki, edilmiş bu əlavələr həm binanın xarici görünüşünə xələl gətirir, həm də binada baş verə biləcək fövqəladə vəziyyətlərin riskini artırır.Hündürmərtəbəli yaşayış binalarında bu cür dəyişikliklərin edilməsi mümkünsüz olsa da, bu cür hallara demək olar ki, beşmərtəbəli binaların hamısında rast gəlinir.Memar Aytəkin İmranovanın sözlərinə görə, bina layihələndirilən zaman bütün konstruksiyalar ölçülərək, üzərinə düşəcək ağırlıq hesablanır:“Qanunsuz olaraq tikiliyə edilən müdaxilə isə həm binanın ömrünü azaldır, həm də ərazidə yaşayanlar üçün təhlükə yaradır”.Mənzil darısqallığı səbəbindən vətəndaşın özbaşına mənzilinə əlavə eyvan artırması qanunsuz hesab olunur. Ekspertlər hesab edirlər ki, ancaq zəruri və razılıq əsasında bunu həyata keçirmək mümkündür. Vətəndaş tərəfindən yaşayış binasına əlavə dəyişiklik edilərsə, bunun üçün müvafiq rayon icra hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən razılıq və mütləq memar rəyi olmalıdır.Əgər tikiliyə edilmiş əlavə və dəyişiklik yüksək elektrik xətlərinə maneə törədirsə, bu zaman qanunsuz tikiliyə cavabdeh şəxs cinayət məsuliyyətinə cəlb olunur. Bundan əlavə tikili və şəhərsalma qaydalarını pozarsa, tikinti sahibi İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşımalıdır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:31
Qızıl və gümüş bahalaşıb
İstismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək
Cəmiyyət 10:21
İstismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək
DİN: Bir gündə 49 cinayət açılıb, 56 axtarışda olan şəxs saxlanılıb
Cəmiyyət 10:02
DİN: Bir gündə 49 cinayət açılıb, 56 axtarışda olan şəxs saxlanılıb
“Azeri Light” nefti 103 dolları ötüb
Cəmiyyət 09:58
“Azeri Light” nefti 103 dolları ötüb
Bu gün Yel çərşənbəsidir
Cəmiyyət 09:00
Bu gün Yel çərşənbəsidir
Elektron siqaretlər qadağandır. IQOS isə bu kateqoriyaya aid deyil - FƏRQLƏR
Cəmiyyət 08:10
Elektron siqaretlər qadağandır. IQOS isə bu kateqoriyaya aid deyil - FƏRQLƏR
Gəncədə iki avtomobil toqquşub, 11 nəfər xəsarət alıb
Cəmiyyət 22:07
Gəncədə iki avtomobil toqquşub, 11 nəfər xəsarət alıb
Daha 7 Meksika diplomatı və onların ailə üzvləri İrandan Azərbaycana təxliyə edilib
Cəmiyyət 19:04
Daha 7 Meksika diplomatı və onların ailə üzvləri İrandan Azərbaycana təxliyə edilib
İtkin düşən 88 yaşlı kişi axtarılır
Cəmiyyət 18:28
İtkin düşən 88 yaşlı kişi axtarılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol