• $
  • £

“Putinin dediyini etsəydik, Şuşa və Hadrut bizdə qalardı” - Ambarsumyan

“Putinin dediyini etsəydik, Şuşa və Hadrut bizdə qalardı” - Ambarsumyan
13.01.2021 09:51
"18 oktyabrda Ermənistan Baş nazirinin iştirakı ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Baş Qərargah rəisi bəyan etdi ki, biz məğlub oluruq, dərhal müharibəni dayandırmaq lazımdır. Amma belə bir qərar qəbul edilmədi”.


Anews.az xəbər verir ki, bu sözləri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra etmiş Mlkail Ambarsumyan "5-ci kanal”-a müsahibəsində bildirib. O, özünün istefası ilə bağlı məqamları açıqlayıb. Ambarsumyan bildirib ki, Müdafiə Nazirliyi ilə birgə problemlər və itikilər barədə gündəlik məruzə ediblər: 


"Anlamırdım ki, nə üçün müharibə dayanmır? Biz görürdük ki, atəşkəsi saxlamaq olmur. Bəs nəyə görə müharibəni dayandırıb danışıqlara başlamırlar? Bu mənə qaranlıq qalırdı. Hakimiyyətin hədəfinin nə olması mənə aydın olmurdu. Hara gedirik? Nəyə nail olmaq istəyirik? Bütün bunlar məndə qərarımı qətiləşdirdi”.


Ambarsumyanın sözlərinə görə, Baş Qərargah rəisi Onik Qasparyan TŞ-in iclasında tez bir halda müharibənin dayandırılmasının vacibliyini bildirib.


MTX-nin sabiq direktorunun sözlərinə görə, daha sonra məlum olub ki, Rusiya prezidenti Putin də müharibəni dayandırmaq təklifi ilə bağlı Paşinyana müraciət edib:
 
"Putin nə etmək barədə konkret təkliflər vermişdi. Bu, mahiyyətinə görə, "Lavrov planının” həyata keçirilməsi idi. Rus sülhməramlıları Dağlıq Qarabağa girirdi. Biz isə əlavə ərazilər, o cümlədən Hadrutu və Şuşanı itirməzdik. Rusiyanın təklifi nə üçün müzakirə edilməyib? Deyə bilmərəm. Bu təkliflər nə Təhlükəsizlik Şurasında müzakirəyə çıxarıldı, nə də cəmiyyətə məlumat verildi. Mən bu barədə istefa verdiyim gün-7 noyabrda bildim”.


Ambarsumyanın sözlərinə görə, bu suala yalnız Paşinyan cavab verə bilər.


Sabiq MTX-nin direktoru bildirib ki, Rusiyanın müharibə zamanı yardımı mühüm rol oynayıb:
 
"Əgər Rusiyanın köməyi olmasaydı nəticələr çox pis olardı. Mən vəziyyəti bilən adam kimi bunu deyirəm”. /Azpolitika

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan regional hərbi eskalasiyadan narahatlığını ifadə edib
Siyasət 21:04
Azərbaycan regional hərbi eskalasiyadan narahatlığını ifadə edib
XİN Azərbaycan vətəndaşlarını İran və İsrailə səfərlərdən çəkinməyə çağırır
Siyasət 11:59
XİN Azərbaycan vətəndaşlarını İran və İsrailə səfərlərdən çəkinməyə çağırır
İsrailin İrana hücumu başlayıb
Siyasət 11:00
İsrailin İrana hücumu başlayıb
Əliyev iki səfiri geri çağırıb - yeni təyinatlar
Siyasət 17:41
Əliyev iki səfiri geri çağırıb - yeni təyinatlar


Azərbaycanın BƏƏ-dəki səfiri geri çağırılıb
Siyasət 17:32
Azərbaycanın BƏƏ-dəki səfiri geri çağırılıb
Prezident sərəncam imzalayıb
Siyasət 17:13
Prezident sərəncam imzalayıb
Moldovanın XİN rəhbəri növbəti həftə Azərbaycana səfər edəcək
Siyasət 16:55
Moldovanın XİN rəhbəri növbəti həftə Azərbaycana səfər edəcək
Mehriban Əliyeva bu Şuranın sədri olacaq - Fərman
Siyasət 13:48
Mehriban Əliyeva bu Şuranın sədri olacaq - Fərman
Azərbaycanın və Efiopiyanın birinci xanımlarının görüşü olub
Siyasət 13:43
Azərbaycanın və Efiopiyanın birinci xanımlarının görüşü olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol