• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Qaraçını sürüyən turist yox, velosipedçi olub- Polis

Qaraçını sürüyən turist yox, velosipedçi olub- Polis
06.06.2014 14:11
Bir neçə gün əvvəl “Bakıda turist qaraçını sürüdü” başlığı ilə mətbuatda dərc olunan və böyük rezonansa səbəb olan informasiya ilə bağlı yeni faktlar ortaya çıxıb. Həmin məlumatlar mediada yayıldıqdan sonra Bakı Şəhər Baş Poliz İdarəsi müvafiq araşdırmalar aparıb. 
Araşdırmalarla bağlı idarədən "Qafqazinfo" ya bildirilib ki, qaraçı uşağı sürüyən heç də mətbuatda yazıldığı kimi turist yox hər gün şəhərdə həmin ərazidə olan velosipedçi bir gənc olub: "Baş vermiş hadisə ilə bağlı kamera qeydləri təhlil olunub. Məlum olub ki, həmin şəxs bir qrup gənclə ərazidə velosiped sürürmüş. Qaraçı uşaq ona yaxınlaşaraq velosipedden nəysə oğurlayıb. O, uşağı polisə aparmaq istəsə də qaraçı yerə oturub və getmək istəməyib. Ətrafdakı insanların müdaxiləsindən sonra o, uşağı sərbəst buraxıb. Dünən həmin ərazi nəzarətdə olub. Biz velosipedçini bütün hallarda axtarırıq ki, məsələni aydınlaşdıraq".
İdarədən o da bildirilib ki, sözügedən xəbəri mediada yayan blogger Mehman Hüseynov  Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub: "Mehman Hüseynova xəbərdarlıq ediləcək ki, bu kimi məlumatları yayarkən faktları dəqiqləşdirsin". 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:33
Sabahın havası açıqlanıb
Bu ilin 5 ayında altmış dörd uşaq ailəsinə qaytarılıb - Agentik sədri
Cəmiyyət 12:01
Bu ilin 5 ayında altmış dörd uşaq ailəsinə qaytarılıb - Agentik sədri
Baş ProkurorluqCümşüdün batdığı kanalın kimin balansında olmasını açıqlayıb
Cəmiyyət 11:51
Baş ProkurorluqCümşüdün batdığı kanalın kimin balansında olmasını açıqlayıb
Azərbaycan XİN-də yeni idarə yaradılıb
Cəmiyyət 11:43
Azərbaycan XİN-də yeni idarə yaradılıb
Ötən həftə minalardan bu qədər ərazi təmizlənib
Cəmiyyət 11:34
Ötən həftə minalardan bu qədər ərazi təmizlənib
Hüseyn Abdullayevin şikayəti təmin olunmayıb
Cəmiyyət 10:44
Hüseyn Abdullayevin şikayəti təmin olunmayıb
Qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Bakıya gətiriləcək
Cəmiyyət 10:20
Qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Bakıya gətiriləcək
Yasamalın bir hissəsində təbii qaz olmayacaq
Cəmiyyət 10:04
Yasamalın bir hissəsində təbii qaz olmayacaq
Polis əməkdaşı Ağdamda minaya düşüb
Cəmiyyət 09:57
Polis əməkdaşı Ağdamda minaya düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol