• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Laçının hansı kəndləri rusların nəzarətindədir?

Laçının hansı kəndləri rusların nəzarətindədir?
15.04.2021 11:55
2020-ci il dekabrın 1-də işğaldan qurtulan Laçın rayonunun bir hissəsi, o cümlədən Laçın şəhəri Yuxarı Qarabağdan Ermənistana gediş-gəlişə ayrılan 5 kilometr enində zolağa düşür. Həmin zolağa Rusiya hərbçiləri nəzarət edir.

Laçın dəhlizi adı almış yolun hansı kəndləri əhatə etdiyi rəsmən açıqlanmır.

Novator.az-ın əldə etdiyi bilgilərə görə, dəhlizdə Laçının altı kəndi yerləşir: Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabux. Yəni Rusiya hərbçiləri hazırda Laçın şəhərinə və bu altı kəndə nəzarət edirlər.

Qarabağdan Ermənistana gedən yolun yaxınlığındakı Ərəb, Turşsu, Unannovu, Bəylik, Qızılca kəndləri 5 kilometrlik zolağa düşmür, amma həmin beş kəndə gediş-gəliş dəhlizlə kəsişir, yəni o kəndlərə gedib-gəlmək üçün dəhlizdən keçmək lazım olur.

Rəsmi statistikaya görə, Laçın rayonunda 1 şəhər, 1 qəsəbə, 125 kənd var.

Laçın şəhəri 1992-ci ilin mayında, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə təcavüz dalğasında işğal olunub, rayon (Qubadlıya yaxın kəndləri çıxmaqla) ermənilərin əlinə keçib. Həmin ilin yay-payız aylarında rayonun Kəlbəcərə yaxın hissəsi azad edilib.

1993-cü ilin yazında Kəlbəcər rayonu işğal edilib, Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi yenidən zəbt olunub. Avqustun sonlarında Laçının Qubadlıya yaxın kəndləri işğal edilib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir çox qəsəbə və kəndi azad olunub.

Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti birgə bəyanat imzalayıb, hərbi əməliyyatlar dayandırılıb.

Bunun ardınca Dağlıq Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti yeridilib. Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İmişli hadisələrinə görə saxlanılanlara hökm oxunub
Cəmiyyət 23:26
İmişli hadisələrinə görə saxlanılanlara hökm oxunub
Ermənistan silahlı qüvvələrinin əsir və girov götürdükləri azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənilib
Cəmiyyət 21:47
Ermənistan silahlı qüvvələrinin əsir və girov götürdükləri azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənilib
Astarada yeniyetmə su anbarında boğularaq ölüb
Cəmiyyət 21:29
Astarada yeniyetmə su anbarında boğularaq ölüb
“Sputnik Azərbaycan”ın beş əməkdaşı sərbəst buraxılıb
Cəmiyyət 20:12
“Sputnik Azərbaycan”ın beş əməkdaşı sərbəst buraxılıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:23
Faktiki hava açıqlanıb
DYP hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 18:08
DYP hərəkət iştirakçılarına müraciət edib
Ötən ay 17 aptekdə yoxlama aparılıb
Cəmiyyət 17:49
Ötən ay 17 aptekdə yoxlama aparılıb
Bakıda təmirə görə bu yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
Cəmiyyət 17:22
Bakıda təmirə görə bu yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
Sputnik Azərbaycanda fəaliyyətini davam etdirə bilməz-Kiselyov
Cəmiyyət 16:58
Sputnik Azərbaycanda fəaliyyətini davam etdirə bilməz-Kiselyov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol