• $
  • €
  • ₽
  • ₺
  • £

“Milli - mənəvi dəyərlərimiz” mövzusunda onlayn tədbir keçirilib

“Milli - mənəvi dəyərlərimiz” mövzusunda onlayn tədbir keçirilib
15.04.2021 13:02
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, Azərbaycan Mədəniyyəti Sosial Platformasının və Ağsu Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Milli – mənəvi dəyərlərimiz” mövzusunda onlayn tədbir keçirilib.


Anews.az xəbər verir ki, tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsi rəisi Nəcəf Novruzov, Ağsu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ümüd Məlikov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbənin məsləhətçisi Tural Vahidov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, Ağsu Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Təhmasib Məmmədhüseyn, "Azərbaycan Mədəniyyəti” sosial platformasının mətbuat katibi Fidan Oruc Əliyeva, MediaBaku.az saytının redaktoru Ümidə Rəhimova, 2015-ci il Muğam Müsabiqəsinin diplomatı, "Azərbaycan Mədəniyyəti” sosial platformasının muğam ifaçısı Ülkər Orucova və fəal gənclər iştirak etmişlər.


Onlayn tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsi rəisi Nəcəf Novruzov, Ağsu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ümüd Məlikov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbənin məsləhətçisi Tural Vahidov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, Ağsu Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Təhmasib Məmmədhüseyn, "Azərbaycan Mədəniyyəti” sosial platformasının mətbuat katibi Fidan Oruc Əliyeva, MediaBaku.az saytının redaktoru Ümidə Rəhimova, Agsu Rayon Heydər Əliyev Mərkəzinin könüllüsü Aytən Mövlamova bildirdilər ki, qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. İslam dini də bizim milli-mənəvi kimliyimizin ayrılmaz hissəsidir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, "Dinimiz xalqımızın milli-mənəvi sərvətidir”. Natiqlər yeniyetmə və gənclərimizin tərbiyyəsində milli-mənəvi dəyərlərimizin rolunun böyük olduğunu, bu dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasının vacib olduğunu qeyd etdilər.
Sonda 2015-ci il Muğam Müsabiqəsinin diplomatı, "Azərbaycan Mədəniyyəti” sosial platformasının muğam ifaçısı Ülkər Orucova milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğam ifaları ilə iştirakçılarda xoş əhval-ruhiyyə yaratdı.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Mədəniyyət 18:56
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol