• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

"Dövlət sərhədi haqqında” qanuna dəyişiklik layihəsi qəbul edilib

21.05.2021 15:49
Dənizə çıxarkən balıqçılıq təyinatlı mühərrikli kiçik həcmli gəmilərlə sahildən on dəniz milinədək, digər üzmə vasitələri ilə isə sahildən iki dəniz milinədək uzaqlaşmağa yol veriləcək.


Anews.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.


Əvvəllər sadəcə dənizə və sərhədboyu çayların, çöllərin başqa sututarların sularına çıxmağa qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələrinə dənizə çıxarkən sahildən iki milədək uzaqlaşmağa yol verilirdi.


Bu zaman Hərbi-Dəniz Qüvvələrinin istifadəsində olan üzmə vasitələri, habelə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət Gəmi Reyestrində qeydiyyata alınan gəmilər və dənizə və sərhədboyu çayların, çöllərin başqa sututarların sularına çıxmağa qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələri nəzərə alınır.


Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Siyasət 12:44
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Ceyhun Bayramov Ərəb-İslam Sammitində Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib
Siyasət 21:36
Ceyhun Bayramov Ərəb-İslam Sammitində Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib
Prezidentin Xocalı sakinləri ilə görüşündən -Video
Siyasət 21:29
Prezidentin Xocalı sakinləri ilə görüşündən -Video
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Siyasət 21:21
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Ərdoğan Azərbaycanı təbrik edib
Siyasət 19:30
Ərdoğan Azərbaycanı təbrik edib
Əli Əsədov Su Hui ilə görüşüb
Siyasət 18:38
Əli Əsədov Su Hui ilə görüşüb
Xankəndi tələbələr şəhəri olacaq - Prezident
Siyasət 15:51
Xankəndi tələbələr şəhəri olacaq - Prezident
Selçuk Bayraktaroğlu Azərbaycana gəlib
Siyasət 12:27
Selçuk Bayraktaroğlu Azərbaycana gəlib
İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik edib
Siyasət 11:18
İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol