• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

Mahir Emreli: "2025-ci ildə özümü 5 böyük klubdan birində görürəm"

Mahir Emreli:
22.06.2021 21:00
"Baş məqşçimiz Çeslav Mixneviç çox açıq insandır. Onda qalib gələn düşüncə tərzi var. Bu tərzi inanan, inkişaf edən və bir çox oyunu qazanan biləcək komandaya gətirir".

Bu fikirləri Polşa "Legiya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli klubun rəsmi instaqram hesabında canlı yayım zamanı deyib.

24 yaşlı hücumçu bildirib ki, Mixneviç oyunçularla çox yaxşı ünsiyyət qurur: "Bu, oyunçular üçün çox vacibdir. Əlbəttə, meydanda və meydandan kənarda nə etməyiniz önəmlidir. Baş məşqçi ilə yaxşı ünsiyyətin olması oyunçular üçün müsbət haldır. Çünki belə insan üçün meydanda ürəyinizi verə bilərsiniz. Bu baxımdan, hamı Mixneviçi sevir".

Forvard "Meydanda başqa bir hücumçu ilə yan-yana oynamağı üstün tutursunuzmu" sualına belə cavab verib: "Demək çətindir. Bu, komandanın necə oynamasından asılıdır. "Qarabağ"da oynayanda hücumçda tək olmaq mənim üçün daha asan idi. Mənə köməklik göstərən yaxşı cinah oyunçularımız var idi.
 
"Legiya"da bir az fərqli oynayırıq. Hər gün daha çox öyrənəcəyəm. İştirak etdiyim son yoxlama görüşündə digər hücumçu ilə özümü rahat hiss etdim. Ancaq dediyim kimi, bu, vəziyyətə görə dəyişir".

Emreliyə onun anası Elnurə Emreli də sual ünvanlayıb. Anası özünün, yoxsa klubun aşpazının yeməklərinin daha yaxşı alındığını soruşub. Futbolçu bu suala cavab verməyin çox çətin olduğunu sözlərinə əlavə edib: "Diplomatik cavab verəcəyəm. Ənənəvi Azərbaycan yeməklərindən danışanda anamın hazırladıqları prioritetdir. Bununla birlikdə, idmançılar üçün faydalı yeməklərdən danışırıqsa, klubun aşpazını göstərəcəyəm".

Hücumçu Varşavaya gəlməzdən əvvəl klubun azarkeşlərinin iştirak etdiyi videolara baxdığını söyləyib: "Belə atmosferdə olmaq istərdim. "Legiya" fanatlarının stadionda şou göstərdiklərini eşitmişəm. Düzü, burada olduğum birinci gündən azarkeşlərin önündə oynayacağım ilk matçı səbrsizliklə gözləyirəm".

O, canlı yayımda xoşladığı 5 klubun adını da açıqlayıb: "Qalatasaray", çünki gənc vaxtlarımda ilk olaraq, bu komandanın matçlarını izləmişəm. "Barselona"nı oyun tərzinə görə bəyənirəm. Digərləri isə "Mançester Siti", "Bavariya" və PSJ-dir. Çempionatlardan isə La Liqanı sevirəm. Amma açığı, İngiltərə Premyer Liqasını da qeyd etməliyəm".

Emreli "2025-ci ildə özünüzü harada görürsünüz" sualına maraqlı cavab verib: "Əlbəttə, bu, beş klubdan birində. Həyat gözlənilməzdir. Məqsədim inkifat etmək və dünənkindən daha yaxşı olmaqdır".

Forvard müqavilə imzalamamışdan bir ay əvvəl Varşava təmsilçisinin onunla maraqlandığını bildirib: "Təkliflərim çox, qərar vermək çətin idi. Daha əvvəl ardıcıl 7 dəfə Azərbaycan çempionu olan "Qarabağ"da oynamışam. Kuboklar uğrunda mübarizə aparan komandada olmaq istəyirdim. Buna görə "Legiya"nı seçdim. Bu, tarixə sahib olan klubdur. Avropa kubokları uğrunda mübarizə apara bilmək mənim üçün də vacib idi".

Qeyd edək ki, Mahir Emreli "Legiya" ilə 3+1 illik müqavilə imzalayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
İdman 23:02
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
İdman 16:30
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
İdman 22:59
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
İdman 22:08
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
İdman 09:48
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
İdman 21:09
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Prezident "Qarabağ" klubunu təbrik edib
İdman 00:51
Prezident "Qarabağ" klubunu təbrik edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 00:45
Qurban Qurbanovdan qələbə şərhi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol