• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

Olimpiadaya qatılacaq altı ölkənin yığmalarına nəzarət qərarı

Olimpiadaya qatılacaq altı ölkənin yığmalarına nəzarət qərarı
27.06.2021 20:30
Yaponiya hökuməti Tokio Olimpiadasına qatılmaq üçün buraya gələcək "Delta” ştamının geniş yayıldığı altı ölkənin yığma komandasına nəzarəti gücləndirəcək.

"Qafqazinfo” "Yomiuri” qəzetinə istinadla xəbər verir ki, bu nəzarət Hindistan, Pakistan, Nepal, Şri-Lanka, Maldiv və Əfqanıstan yığmalarına tətbiq ediləcək.

Bildirilir ki, həmin yığmalar Yaponiyaya yola düşməzdən bir həftə əvvəldən başlayaraq, hər gün COVID testi verməlidirlər. Həmçinin, həmin dövrdə və Yaponiyaya gəldikdən sonra üç gün müddətində bu idmançılar öz məşqçilərindən və komanda üzvlərindən başqa heç kimlə ünsiyyətdə olmamalıdırlar.

Qeyd edilir ki, artırılmış tələblər iyulun 1-dən qüvvəyə minəcək. Digər idmançılar isə Yaponiyaya gəlməzdən 96 saat əvvəl iki koronavirus testi verməlidirlər.

Xatırladaq ki, Tokio Olimpiya oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, "Delta” ştamı artıq 85 ölkədə qeydə alınıb.

"Tokio-2020”nin təşkilat komitəsi bu ərəfədə paytaxtın Olimpiya obyektlərində spirtli içkilərin satışını qadağan edib. Eyni zamanda, tamaşaçıların idman obyektlərinə özləri ilə spirtli içkilər gətirməsi də qadağan edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
İdman 16:30
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
İdman 22:59
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
İdman 22:08
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
İdman 09:48
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
İdman 21:09
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Prezident "Qarabağ" klubunu təbrik edib
İdman 00:51
Prezident "Qarabağ" klubunu təbrik edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 00:45
Qurban Qurbanovdan qələbə şərhi
“Qarabağ”ın futbolçusu “Ayntraxt”la oyunun ən yaxşısı seçilib
İdman 00:15
“Qarabağ”ın futbolçusu “Ayntraxt”la oyunun ən yaxşısı seçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol