Şəhidimiz dəfn olundu
Ermənistan silahlı qüvvələri tərəfindən açılan snayper atəşi nəticəsində Kəlbəcər rayonunda şəhid olmuş gizir Yaqublu Fərman Telman oğlu bu gün Beyləqan rayonu Qəhrəmanlı kəndində dəfn edilib.
Şəhidin atası Telman Yaqubov da Birinci Qarabağ müharibəsi şəhididir. O, 1994-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Yaqubov Beyləqanın Birinci Şahsevən kəndində dəfn olunub.
Gizir Yaqublu Vətən müharibəsi iştirakçısı olub. O, Prezident İlham Əliyevin sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
www.anews.az
Şəhidin atası Telman Yaqubov da Birinci Qarabağ müharibəsi şəhididir. O, 1994-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Yaqubov Beyləqanın Birinci Şahsevən kəndində dəfn olunub.
Fərman Yaqublu da atası kimi 27 yaşında şəhid olub.
www.anews.az