“Ermənilər avqustda Azərbaycanda təxribat törətməyə cəhd etmişdi” - Prezident
"Müzakirə prosesi çərçivəsində Ermənistan daim bizə qarşı fərqli təxribatlar, provakasiyalar törədirdi və müzakirə prosesinin müxtəlif dövrlərində biz bunu görürdük. Danışıqlar prosesində bir az tərəqqi olan kimi dərhal hərbi təxribat, provakasiya törədilirdi, bizə, mülki əhaliyə hücum edirdi və danışıqları pozurdu”.
İkinci Qarabağ müharibəsindən əvvəl - iyul və avqust aylarında da Ermənistanın buna oxşar hərbi təcavüz etdiyini deyən dövlətimizin başçısı bildirib:
"İyul ayında bizim mülki əhalini və hərbçiləri artilleriya atəşinə tutdu. Bunun nəticəsində bizdə itkilər olmuşdur. Avqust ayında isə təxribat qrupunu Azərbaycana göndərmiş və burada terror aktları törətməyə cəhd etmişdi.
Bu təxribat qrupu da zərərsizləşdirildi. Bildiyiniz kimi, ondan sonra - sentyabr ayında yenə də bizim kəndlərimizi və hərbi mövqelərimizi atəşə tutmuşdur.
www.anews.az
Son xəbərlər
Daha çox