Azərbaycanlı yanğınsöndürənlər Türkiyədən belə qayıtdı-VİDEO
19.08.2021 10:27
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə Türkiyə Respublikasına göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Vətənə qayıdıb.
Anews.az xəbər verir ki,Türkiyədə yanğınların söndürülməsi ilə bağlı tapşırıqları yerinə yetirən və quru yolu ilə geri qayıdan FHN-in xüsusi texnika və canlı qüvvəsindən ibarət sonuncu qrup da bu gün səhər saatlarında ölkə ərazisinə daxil olub.
Hazırda həmin qüvvələr daimi dislokasiya yerlərinə doğru istiqamət alıb.
Onlar Türkiyə- Gürcüstan- Azərbaycan dövlət sərhədi yolu ilə ölkəyə qayıdıblar.
Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN-in 743 əməkdaşı yüksək fədakarlıq göstərib. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, "BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmişdi.