• $
  • £

ADY: Sabahdan Xırdalan–Bakı istiqamətində hərəkət vaxtı qısaldılacaq

ADY: Sabahdan Xırdalan–Bakı istiqamətində hərəkət vaxtı qısaldılacaq
14.09.2026 14:15

“Azərbaycan Dəmir Yolları” (ADY) yeni mövsümdən artan sərnişin tələbatının qarşılanması məqsədilə xidmət sahəsində bir sıra yeniliklər həyata keçirir.

ADY-dən  verilən məlumata görə, 15 sentyabr tarixindən sərnişin axınının daha çevik idarə olunması məqsədilə Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə veriləcək.

Vağzalda mövcud 35 turniketdən əlavə yeni zalda 11 turniket quraşdırılıb. Bununla da Bakı vağzalında turniketlərin ümumi sayı 32% artaraq 46-ya çatdırılıb. Bu yenilik xüsusilə gediş-gəlişin intensiv olduğu saatlarda sərnişinlərin daha rahat hərəkətinə imkan yaradacaq.

Səfərlərin daha rahat və operativ təşkili məqsədilə 15 sentyabrdan etibarən Xırdalan–Bakı istiqamətində hərəkət vaxtı qısaldılacaq. Yeni hərəkət cədvəlinin tətbiqi ilə qatarların yolda olma müddəti 35 dəqiqəyə endiriləcək. Hazırda Xırdalan–Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün təmiri ilə əlaqədar həmin istiqamətdə səfər müddəti 45 dəqiqə təşkil edir. Bu dəyişiklik sərnişinlərə vaxtlarına qənaət etməyə və səfərlərini daha rahat planlaşdırmağa imkan verəcək. Körpünün bərpası başa çatdıqdan sonra sözügedən istiqamət üzrə sürət həddi bir qədər də artırılacaq, yəni Bakı–Xırdalan istiqaməti üzrə səfər müddəti əvvəlki qaydada 26 dəqiqə təşkil edəcək, eyni zamanda, Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək.

Yeni qrafikə əsasən, Bakı–Xırdalan–Bakı marşrutu ilə reyslərin sayı 26-dan 32-yə çatdırılıb, o cümlədən Xırdalan istiqamətində sərnişin axını nəzərə alınaraq səhər saatlarında 2 reys artırılıb. Həmçinin Bakı–Xırdalan istiqamətində saat 20:30 reysi əlavə olunub. Ümumilikdə, şəhərətrafı qatarların gündəlik reys sayı artırılaraq 90-dan 96-ya çatdırılıb.

Bundan başqa, sərnişinlərin rahatlığı üçün turniketlərdə təmassız ödəniş imkanları da genişləndirilib. Hazırda “Visa” ilə yanaşı, “Mastercard” kartları ilə də NFC vasitəsilə gediş haqqını ödəmək mümkündür.

Bank kartları üzrə gediş haqqı ödənişləri artıq səyahətin həyata keçirildiyi gün hesabdan çıxılır. Bu yanaşma ödəniş prosesinin daha rahat və şəffaf təşkilinə xidmət edəcək.

Elektron ödəniş imkanlarının artırılması istiqamətində Bakı və Sabunçu vağzalları, Pirşağı, Xırdalan, Koroğlu, Bakıxanov, Məmmədli və Dərnəgül stansiya və dayanacaqlarındakı turniketlərdə bank kartı ilə keçid üçün əlavə 58 validator quraşdırılıb. Bu yenilik sərnişinlərin alternativ ödəniş vasitələrindən daha geniş istifadəsinə şərait yaradacaq.

Səyahət imkanlarının daha da yaxşılaşdırılması məqsədilə növbəti mərhələdə SİMA Pay – üztanıma ilə ödəniş terminallarının sayının artırılması nəzərdə tutulur.

Həyata keçirilən tədbirlər dəmir yolu nəqliyyatında xidmət səviyyəsinin yüksəldilməsinə, sərnişinlərin rahatlığının artırılmasına və müasir rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinə yönəlib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əhdi Osmanov və Həsən Əliyevə cinayət işi başlanıb- Vəkillərindən açıqlama
Cəmiyyət 15:06
Əhdi Osmanov və Həsən Əliyevə cinayət işi başlanıb- Vəkillərindən açıqlama
ADY: Sabahdan Xırdalan–Bakı istiqamətində hərəkət vaxtı qısaldılacaq
Cəmiyyət 14:15
ADY: Sabahdan Xırdalan–Bakı istiqamətində hərəkət vaxtı qısaldılacaq
Azərbaycan vətəndaşları 90 gün İordaniyada vizasız qala biləcək
Cəmiyyət 14:04
Azərbaycan vətəndaşları 90 gün İordaniyada vizasız qala biləcək

Bərdədə xəstəxananın həyətində doğuş olub
Cəmiyyət 13:24
Bərdədə xəstəxananın həyətində doğuş olub
Məktəblərdə 504 413 şagird təhsil alacaq
Cəmiyyət 13:15
Məktəblərdə 504 413 şagird təhsil alacaq
Azad edilmiş ərazilərdə daha 132 mina, 426 PHS aşkarlanıb
Cəmiyyət 12:59
Azad edilmiş ərazilərdə daha 132 mina, 426 PHS aşkarlanıb

Bakı metrosunda qatarlararası intervallar azaldılır
Cəmiyyət 12:42
Bakı metrosunda qatarlararası intervallar azaldılır
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:24
Sabahın hava proqnozu açıqlanıb

Gürcüstan DTX-nın rəhbəri istefa verib
Cəmiyyət 12:10
Gürcüstan DTX-nın rəhbəri istefa verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol