• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

I Yay Avropa Oyunları Azərbaycana lazım idi? – SORĞU

I Yay Avropa Oyunları Azərbaycana lazım idi? – SORĞU
20.05.2014 15:08
Məlum olduğu kimi, I Yay Avropa Oyunları Azərbaycanda – Bakı şəhərində keçiriləcək. Demək olar bütün müvafiq strukturlar beynəlxalq yarış üçün indidən səfərbər olub və böyük hazırlıq prosesi gedir. Bununla bağlı I Yay Avropa Oyunları ilə əlaqədar yaradılmış rəsmi saytdan da məlumat almaq mümkündür.
ANN.Az ictimai həyatda və idman sektorunda tanınmış şəxslərlə danışaraq “I Yay Avropa Oyunları Azərbaycana lazım idi?” soruğusu keçirib.
Dünya Alpağut Federasiyasının qurucusu Vasif Namazov açıqlamasında keçiriləcək yarışı Azərbaycanın həm də siyasi cəhətdən ən böyük uğurlarından biri adlandırıb:
“Azərbaycanın imicini dünyada qaldıracaq mühüm bir hadisədir. Eyni zamanda bu hadisə siyasi cəhətdən də çox uğurlu hesab olunmalıdır. Müstəqil Azərbaycanın tarixində belə bir mötəbər beynəlxalq tədbir ilk dəfə olaraq keçiriləcəkdir. Nəzərə alsaq ki, Avropa Olimpiya oyunları dünya tarixində ilk dəfə baş tutacaq, məhs bunun da ölkəmizdə keçirilməsi Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir”.
Gənc alim, Yeni Nəfəs Hərəkatı idarə heyətinin üzvü Mehman Həsən açıqlamasında yarışı ölkənin tanınması baxımından önəmli hesab etsə də, xərclənəcək pulu elmə, təhsilə yönəltməyin daha vacib olduğunu bildirib: 
“I Yay Avropa Oyunlarının Bakıda keçirilməsi ölkənin tanınması baxımından müsbət dəyərləndirilə bilər. Amma məncə, biz artıq bu kimi təqdimat mərhələsini keçməliyik. Ölkə daha ciddi uğurları ilə dünyada özünü təqdim etməlidir. Bəlkə də milyardlarla dollar bu oyunlara pul xərclənəcək. Bu qədər məbləği elmə, təhsilə yönəltsək, ölkənin gələcəyi üçün daha doğru işlər görmüş olarıq”.
Müasir İnkişaf İctimai Birliyi idarə heyətinin sədri Mübariz Göyüşlü açıqlamasında yarışın məhz Azərbaycanda keçirilməsini stabilliyin, inkişafın göstəricisi kimi xarakterizə edib:
“Bu cür beynəlxalq yarışların Azərbaycanda keçirilməsinin ölkəmizin dünyada tanıtdırılması baxımından çox mühümdür. Bilirsiniz ki, biz Qafqazda Ermənistanla müharibə vəziyyətindəyik. Bu cür mötəbər tədbirlərdə imkan düşdükcə Azərbaycanı, milli-mədəni dəyərlərimizi, Qarabağ problemi ilə bağlı həqiqətləri və s. beynəlxalq aləmə çatdıra bilərik. Bu yarışlar eyni zamanda Azərbaycanda stabilliyin, inkişafın göstəricisi də sayıla bilər. Belə yarışları təşkil etmək üçün maliyyə imkanları və ölkədaxili stabillik lazımdır. O baxımdan mən bu yarışın təşkilini və onun məhz Bakıda keçirilməsini müsbət qiymətləndirirəm”.
Taekvando üzrə milli hakim və idman jurnalisti Təranə Xudabaxşiyeva  açıqlamasında yarışı daha çox turizm cəhətdən müsbət nəticə verəcəyini bildirib:
“2015-ci il Yay Avropa Oyunlarının Azərbaycan üçün böyük əhəmiyyəti olacaq. Öncəliklə ilk dəfə keçiriləcək bu oyunlara nəinki Avropa, bütün dünya baxacaq. Bununla Azərbaycanı daha yaxşı tanıyacaqlar. Müstəqil və güclü olduğumuzu, belə oyunların ilk mərkəzi olmaqla bir daha dünyaya sübut etmiş olacagıq. Eynilə turizmə böyük kömək olacaq. Minlərlə turistin gəlməsi iqtisadiyyata da təsirsiz ötüşməyəcək. Bu oyunlar gələcəkdə bizim ölkəyə iqtisadi-siyasi və turistik cəhətdən münasibətlərin dəyişməsinə və daha da dövlətimiz üçün xeyirli olmasına səbəb olacaq. Yarışın Azərbaycanda keçirilməsini çox müsbət və möhtəşəm hal kimi dəyərləndirirəm”.
Seymur
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
Baku 2015 23:03
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Baku 2015 18:09
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Bakıda əl qumbarası tapılıb
Baku 2015 11:01
Bakıda əl qumbarası tapılıb
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Bədii gimnastımız  Azərbaycan millisinə 35-ci medalı qazandırıb
Baku 2015 12:06
Bədii gimnastımız Azərbaycan millisinə 35-ci medalı qazandırıb
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Baku 2015 11:29
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Bakıda olimpiada həyəcanı
Baku 2015 11:28
Bakıda olimpiada həyəcanı
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Baku 2015 11:28
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
11:25
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol