• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi Kommunikasiya üzrə yeni Direktor təyin edir

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi Kommunikasiya üzrə yeni Direktor təyin edir
19.05.2014 13:05
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) məmnunluq hissi ilə bildirir ki, Vilyam Luis-Mari Kommunikasiya üzrə direktor təyin olunmuşdur.Luis-Mari kütləvi informasiya vasitələrinin Avropa Oyunları haqqında məlumatlılıq səviyyəsinin və dünyanın hər tərəfində yarışların işıqlandırılması dərəcəsinin yüksəldilməsi məqsədilə Kommunikasiya şöbəsinə rəhbərlik etmək üçün BEGOC komandasına qoşulur.Fransadan olan Luis-Mari keçmiş Olimpiya Oyunları və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) dünya çempionatına cəlb edilməsi daxil olmaqla bir sıra qurumlarda yüksək səviyyəli rəhbər təcrübəsinə malikdir.O, BEGOC-a 160 ölkədə fəaliyyət göstərən proqressiv multi-media qrupu Trace TV-dən qoşulur. Luis-Mari Trace TV-də çempionlara həsr olunan təzə beynəlxalq kanal olan Trace Sports-un baş vitse-prezidenti vəzifəsini tutmuşdur.Luis-Marinin BEGOC-a qoşulmasını alqışlayan Bakı 2015 Avropa Oyunların Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq demişdir: “Vilyamın kommersiya sektorunda kommunikasiya sahəsində çox mükəmməl və geniş təcrübəsi vardır və o, bizim kommunikasiya strategiyamıza və onun həyata keçirilməsinə rəhbərlik edəcəyinə görə biz onun təcrübəsindən istifadə etməliyik.“Onun beynəlxalq nüfuzu və idmana məhəbbəti mövcud BEGOC komandasını çox gücləndirəcək və gələn ilin iyun ayında ilk Avropa Oyunlarının Bakı şəhərində uğurla keçirilməsinə töhfə verəcək.”Luis-Mari Trace TV-də London 2012 Olimpiya Oyunlarının Layihə Meneceri kimi xidmət göstərmiş və, həmçinin, Atlanta 1996 Olimpiya Oyunları və Fransa 1998 Dünya Çempionatında Coca-Cola France üçün Kommunikasiya Meneceri kimi işləmişdir.Onun işlədiyi digər məşhur böyük idman qurumlarının sırasına Fransa Olimpiya Komitəsi, Tour de France, Fransanın və beynəlxalq idman federasiyarı və çoxlu tanınmış idman markaları daxildir.Luis-Mari demişdir: “Ötüb Keçməli Bir İl tarixi 12 iyuna yaxınlaşdığına görə mən Bakı 2015 komandasına qoşulmaqdan ötrü bu gözəl imkandan istifadə etdiyim üçün çox şad və xoşbəxtəm.“Belə bir istedadlı komandaya qoşulmaqdan qürur duyuram və bu qabaqcıl tədbir haqqında qlobal miqyasda məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək edəcəyimə ümid bəsləyirəm.“Biz Azərbaycanı elit idman növlərinin keçirilməsi üçün gözəl məkan, eləcə də müasir və dinamik Avropa ölkəsi kimi nümayiş etdirmək istəyirik. Avropa Oyunları bütün qitənin və Azərbaycan əhalisinin zövq alacağı idman bayramı olacaqdır.”Luis-Mari bu gün (Bazar ertəsi, 19 may) Bakı şəhərinə gəlməli və sabah öz vəzifəsinin icrasına başlamalıdır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
Baku 2015 23:03
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Baku 2015 18:09
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Bakıda əl qumbarası tapılıb
Baku 2015 11:01
Bakıda əl qumbarası tapılıb
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Bədii gimnastımız  Azərbaycan millisinə 35-ci medalı qazandırıb
Baku 2015 12:06
Bədii gimnastımız Azərbaycan millisinə 35-ci medalı qazandırıb
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Baku 2015 11:29
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Bakıda olimpiada həyəcanı
Baku 2015 11:28
Bakıda olimpiada həyəcanı
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Baku 2015 11:28
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
11:25
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol