• $
  • £

Prezident Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14.11.2021 16:55
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva əməkdar memar Rasim Həsən oğlu Əliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

Anews.az xəbər verir ki, nekroloqda deyilir:
Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan memarlıq məktəbinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Əməkdar memar Rasim Həsən oğlu Əliyev 2021-ci il noyabrın 13-də ömrünün 88-ci ilində vəfat etmişdir.

Rasim Əliyev 1934-cü il iyul ayının 16-da Gəncə şəhərində anadan olmuşdur. O, 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunu memarlıq ixtisası üzrə bitirmişdir.

Rasim Əliyev ali təhsilini başa vurduqdan sonra, 1958–1965-ci illərdə "Azərdövlətlayihə” İnstitutunda işləmişdir. O, 1965–1974-cü illərdə Bakı şəhərinin baş memarının birinci müavini və 1974–1988-ci illərdə baş memarı vəzifələrində çalışmış, eyni zamanda, 1980–1988-ci illərdə Azərbaycan Memarlar İttifaqının katibi olmuşdur.
Rasim Əliyev həyatını quruculuq işlərinə sərf edərək Azərbaycanda şəhərsalma, tikinti və memarlıq sahəsinin inkişafına layiqli töhfələr vermişdir. O, Bakının, eləcə də respublikanın digər şəhərlərinin planlaşdırılması və tikintisinə dair çox sayda layihənin müəllifi olmuşdur. İçərişəhərin regenerasiya planı da bilavasitə onun başçılığı ilə hazırlanmışdır. Ölkə miqyasında bir sıra obyektlərin layihələndirilməsi işinə rəhbərlik edən Rasim Əliyev özünün yüksək peşəkarlığı, təşəbbüskarlığı və əməksevərliyi sayəsində həmin layihələrin uğurla həyata keçirilməsində təqdirəlayiq fəaliyyət göstərmişdir. Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan hava limanlarının, Bakı Metropoliteninin bir neçə stansiyasının, Bakı şəhərinin simasını müəyyənləşdirən bir çox binaların, yaşayış massivlərinin və əsas parkların, habelə paytaxtda və digər şəhərlərimizdəki mərkəzi meydanların və mədəniyyət saraylarının, həmçinin xatirə abidələrinin işlənib hazırlanmasında onun əvəzsiz xidmətləri vardır. Sənətkarın layihələndirdiyi bütün bu memarlıq nümunələri özünün maraqlı həcm-məkan kompozisiyası və monumentallığı ilə səciyyələnir. Rasim Əliyev zəngin irsi ilə memarların gənc nəslinin bədii-estetik zövqünün formalaşmasında və peşəkarlığının təşəkkülündə mühüm rol oynamışdır.
Rasim Əliyevin ölkəmizdə memarlığın inkişafında xidmətləri və şəhərsalma sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1979-cu ildə Əməkdar memar fəxri adını almış, 1982-ci ildə Dövlət mükafatına layiq görülmüş, 2000-ci ildə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan "Şöhrət”, 2009-cu ildə "Şərəf” və 2014-cü ildə "İstiqlal” ordenləri ilə təltif edilmişdir.

Tanınmış memar, səmimi insan Rasim Həsən oğlu Əliyevin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
 
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Anar Kərimov
Anar Quliyev
Ömər Eldarov
Elbay Qasımzadə
Fərhad Xəlilov
Fazil Nəcəfov
Hafiz Əmirxanov


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Özbəkistana səfər edib
Mədəniyyət 18:06
Azərbaycan nümayəndə heyəti Özbəkistana səfər edib
Ankarada terrorla əlaqəli əməliyyatlarda 209 şübhəli saxlanılıb
Mədəniyyət 10:39
Ankarada terrorla əlaqəli əməliyyatlarda 209 şübhəli saxlanılıb
Türkiyə dayanıqlı turizmlə yeni səyahət mədəniyyəti formalaşdırır- FOTOLAR
Mədəniyyət 14:29
Türkiyə dayanıqlı turizmlə yeni səyahət mədəniyyəti formalaşdırır- FOTOLAR
Dünya Çempionatının həyəcanını izləmək üçün möhtəşəm məkan:Antiphellos Qədim Teatrı – VİDEO
Mədəniyyət 14:27
Dünya Çempionatının həyəcanını izləmək üçün möhtəşəm məkan:Antiphellos Qədim Teatrı – VİDEO

Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı
Mədəniyyət 10:55
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı
Türkiyənin “Gecə Muzeyləri” layihəsi üçüncü mövsümə başlayıb: Turistlər gecələr də muzeylərə daxil ola biləcək -FOTOLAR
Mədəniyyət 10:53
Türkiyənin “Gecə Muzeyləri” layihəsi üçüncü mövsümə başlayıb: Turistlər gecələr də muzeylərə daxil ola biləcək -FOTOLAR
CALL IT Tbilisidə keçiriləcək Meteor Club səhnəsində çıxış edəcək
Mədəniyyət 04:16
CALL IT Tbilisidə keçiriləcək Meteor Club səhnəsində çıxış edəcək
Kitabxanalar cəmiyyətin tələbatının cəmi 35 faizini qarşılayır - nazir
Mədəniyyət 11:18
Kitabxanalar cəmiyyətin tələbatının cəmi 35 faizini qarşılayır - nazir
Velosipedlə Türkiyəni kəşf edin:Bu marşrutlar sizi gözləyir
Mədəniyyət 10:51
Velosipedlə Türkiyəni kəşf edin:Bu marşrutlar sizi gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol