• $
  • £

İkinci Qarabağ müharibəsinə həsr olunan fotojurnal işıq üzü görüb

İkinci Qarabağ müharibəsinə həsr olunan fotojurnal işıq üzü görüb
17.11.2021 13:29
Azərbaycanın 44 günlük Vətən müharibəsinə həsr edilən ilk fotojurnalın təqdimat mərasimi keçirilib.
 
Anews.az xəbər verir ki, ölkənin tanınmış fotoqrafları Əziz Kərimov, Roman Ağayev və Ehtiram Cəbiyevin ikinci Vətən müharibəsində lenta aldığı fotolardan ibarət jurnalın təqdimat mərasimi keçirilib.
 
Mərasimdə tanınmış ictimaiyyət xadimləri, ziyalılar, jurnalistlər, hərbçilər, diplomatlar, din xadimləri iştirak ediblər.
 
Mərasim şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
Visiontv.az xəbər portalının baş redaktoru Şöhrət El-Dəniz bildirib ki, bu gün təqdim olunan jurnalda müəlliflər həyəcan, emosiya, sevgi və nifrəti öz çəkdiyi fotolarla çatdırıblar: "Rəşadətli ordumuzun əldə etdiyi şanlı zəfərdə jurnalistlərimizin, eləcə də fotoqraflarımızın böyük əməyi olub. Onlar 44 günlük Vətən müharibəsində ən ekstremal şəraitdə düşmən gülləsi ilə üzbəüz dayanaraq o anları fotolara əks etdirə biliblər. Bu sahədə onların əməyini yüksək qiymətləndiririk".
 
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində müzəffər ordumuz işğal altında olan torpaqları azad edərək qələbəni bəxş edib: "Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davamçısı Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin "Dəmir yumruğu”nun ətrafında Azərbaycan xalqı sıx birləşərək düşmənə qarşı böyük fəxarətlə vuruşdu. 44 günlük Vətən müharibəsində jurnalistlərin də əməyi qiymətləndirilir. Məhz jurnalistlərin düzgün və operativliyi nəticəsində cəmiyyətə dolğun və vaxtında informasiyalar çatdırıldı. Fotoqrafların cəbhədə çəkdiyi fotolar həm ölkəmizin, həm də xarici medianın gündəmində oldu. Bu gün təqdim edilən jurnal böyük əhəmiyyətə malikdir".
 
Daha sonra çıxış edən fotoqraflar müharibə ilə bağlı xatirələrini bölüşüblər. Onlar Azərbaycanın igid hərbçilərinin torpaqlarımızın düşmən tapdağından azad edilməsi naminə ölümə getməyə hazır olduqlarını, dinc sakinlərin isə Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşinə və raket hücumlarına baxmayaraq, ordumuzdan dayanmamağı və sona kimi getməyi xahiş etdiklərini söyləyiblər.
 
Tədbirin sonunda fotoqraflar Əziz Kərimov, Roman Ağayev və Ehtiram Cəbiyev Visiontv.az xəbər portalı tərəfindən "Fəxri Fərman"la təltif olunublar.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Mədəniyyət 14:19
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Mədəniyyət 17:12
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Mədəniyyət 13:07
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Mədəniyyət 20:00
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Mədəniyyət 12:26
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Mədəniyyət 16:23
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Cəmiyyət 15:10
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Cəmiyyət 11:22
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Nəriman Həsənzadə vəfat edib
Mədəniyyət 08:50
Nəriman Həsənzadə vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol