• $
  • €
  • ₽
  • ₺
  • £

"Mədəniyyət Nazirliyində iki yeni şöbə yaradılıb" - Anar Kərimov

23.11.2021 13:40
"Mədəniyyət Nazirliyində iki yeni şöbə yaradılıb. Bunlardan biri Yaradıcı sənayelər və rəqamsal inkişaf şöbəsidir. Adından da göründüyü kimi bu yeni yanaşmadır”.

Bunu açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

Onun sözlərinə görə, yaradıcı sənayelər hazırda dünyada çox inkişaf etmiş bir sahədir:
 
"İstəyirik ki, bu təcrübəni Azərbaycana gətirək. Aparıcı ölkələrin bununla bağlı təcrübələrini də öyrənirik. Yaradıcı sənayelər ÜDM-in artırılmasına, iqtisadiyyatın inkişafına böyük töhfə verə biləcək bir sahədir. Ona görə də istəyirik ki, bu sahəyə fokslanaq və fəaliyyətimizi bu sahədə inkişaf etdirək”, - deyə o, bildirib. 

Nazir bildirib ki, digər şöbə isə Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsidir:
 
"Adından da göründüyü kimi, fəaliyyətimizi daha çox layihəyönümlü fəaliyyətə çevirmək istəyirik. Hər bir layihəyə investisiya qoyulan zaman onun konkret nəticələri nəzərdən keçiriləcək və qiymətləndiriləcək”, - deyə nazir əlavə edib. (unikal.org) 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol