Sabah Əli Əliyevin məhkəməsidir - Həbs oluna bilər

Yanvarın 7-də Yasamal Rayon Məhkəməsində 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə olduğu və qəza nəticəsində yaralandığı bildirilən polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı irəli sürdüklərişikayət ərizəsinə baxılacaq. Bu barədə VİP mətbuat xidməti məlumat yayıb.
İddiaçıların şikayətinin motivi VİP sədri Əli Əliyevin 2021-ci il dekabrın 9-da "Osmanqızı TV” "YouTube” kanalında məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barədə səsləndirdiyi fikirlərdir. Bu səbəbdən onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq mhkəməyə xüsusi ittiham qaydasında şikayət verərək Əli Əliyevi 6 ay müddətinə azadlıqdan məhrum etməyi tələb ediblər.
Emil Cəfərovun iddiası üzrə hakim Hüseyn Səfərovun sədrlik edəcəyi məhkəmə iclası saat 10-a, Ramin Ədilovun iddiası üzrə hakim Rauf Daşdəmirovun sədrlik edəcəyi iclas isə saat 11.20-yə təyin olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 