• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

Azad Rəhimovdan "I Avropa Oyunları" vədi

Azad Rəhimovdan "I Avropa Oyunları" vədi
01.05.2014 12:23
Bakı 2015 - I Avropa Oyunlarının keçirilməsi üçün nəzərdə tutulmuş bütün obyekt və qurğular 2015-ci il fevralın 1-dək istifadəyə veriləcək. 
Bunu Trend-ə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.
Nazirin sözlərinə görə, Bakı 2015 - I Avropa Oyunlarının keçirilməsi üçün nəzərdə tutulmuş bütün tikilməkdə və təmirdə olan idman obyektlərində qrafiklər, cədvəllər müəyyən edilib:
"Hələ ki, bu qrafikdən hər hansı kənara çıxma halı qeydə alınmayıb. Biz hər gün, hər həftə işlərin gedişinin həmin qrafikə uyğunluğunu yoxlayırıq. Gənclər və İdman Nazirliyinin tərkibində tikilməkdə olan obyektlərə nəzarət edən qurum var. Həm onların texniki nəzarətçiləri, həm də işləri aparan şirkət və təşkilatların nümayəndələri işlərin gedişini daim izləyirlər. Çünki tapşırıq verilib ki, 1 fevral 2015-ci ilədək bu obyekt və qurğular tam hazır olub istifadəyə verilməlidir. Hələ ki, müəyyən edilmiş qrafikdən kənara hər hansı sapmalar qeydə alınmayıb və inşallah olmayacaq".
Qeyd edək ki, "Bakı 2015" gələn il 12-28 iyun tarixlərində keçiriləcək həyəcanverici və innovativ kompleks idman yarışları olmaqla qitə üçün ilk Avropa Oyunları olacaq.
2015-ci il Bakı Avropa Oyunları 19 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya idman növü, 3-ü isə qeyri-olimpiya idman növü olacaq. 17 yarış günü müddətində 6000-dən artıq idmançının öz xalqlarını təmsil edəcəkləri gözlənilir.
Səkkiz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakıya həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
Baku 2015 23:03
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Baku 2015 18:09
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Bakıda əl qumbarası tapılıb
Baku 2015 11:01
Bakıda əl qumbarası tapılıb
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Bədii gimnastımız  Azərbaycan millisinə 35-ci medalı qazandırıb
Baku 2015 12:06
Bədii gimnastımız Azərbaycan millisinə 35-ci medalı qazandırıb
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Baku 2015 11:29
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Bakıda olimpiada həyəcanı
Baku 2015 11:28
Bakıda olimpiada həyəcanı
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Baku 2015 11:28
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
11:25
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol