• $
  • £

Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda yeni elektrik stansiyası tikəcək

Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda yeni elektrik stansiyası tikəcək
15.03.2022 16:37
Azərbaycan hökuməti və Birləşmiş Ərəb Əmirliklərinin  "Masdar" şirkəti  Qarabağın işğaldan azad edilmiş ərazilərində  və Şərqi Zəngəzurda külək elektrik stansiyasının tikintisi imkanlarını öyrənəcək, bunu Azərbaycan  energetika naziri Pərviz Şahbazov bildirib.

"Bu gün BƏƏ-nin "Masdar" şirkəti ilə imzalanmış Qarabağda və Şərqi Zəngəzurda bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu üç əməkdaşlıq sahəsini əhatə edir. Onlardan biri Kəlbəcər-Laçın zonasında gücü 100 MVt-dan çox olan külək elektrik stansiyasının tikintisi imkanlarının öyrənilməsini nəzərdə tutur”, - deyə Şahbazov martın 15-də keçirilən mətbuat konfransında bildirib.

O, həmçinin qeyd edib ki, "Masdar” Qarabağda evlərin damında günəş panellərinin quraşdırılması üçün həll yolları axtarmağa da boyun olub. 

"Bildiyiniz kimi, Qarabağ bölgəsi günəş və külək elektrik stansiyalarının tikintisi üçün  böyük potensiala malikdir. Ona görə də biz "Masdar"la bağladığımız Memorandum çərçivəsində Qarabağda təxminən 200 MVt gücündə günəş stansiyasının tikintisi imkanlarını da öyrənəcəyik. Lakin bu, yaxın gələcək üçün deyil, daha uzaq perspektiv üçün  nəzərdə tutulmuş layihədir”, Şahbazov bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il mayın 3-də işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. "Yaşıl enerji”nin yaradılması ilə bağlı müvafiq konsepsiyanın və baş planın hazırlanması üzrə ixtisaslaşmış beynəlxalq konsaltinq şirkətinin xidmətlərinin ödənilməsi üçün Energetika Nazirliyi tərəfindən dövlət büdcəsindən 1 milyon 391,04 min ABŞ dolları məbləğində vəsait ayrılıb. 

İlkin hesablamalara görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində günəş enerjisinin potensialı 7,2 min MVt, külək enerjisinin potensialı 2 min MVt-dır.

Azərbaycanda bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı üzrə quraşdırılmış gücün xüsusi çəkisi 17% və ya 1276 min MVt, iri su elektrik stansiyaları nəzərə alınmaqla elektrik enerjisi istehsalının faktiki həcmi isə 8%-ə yaxındır.
 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan
artıq hamıya əlçatandır!
İqtisadiyyat 11:20
ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan artıq hamıya əlçatandır!
Bakıda vətəndaşlar yanvarda restoranlara 117 milyon manat xərcləyib
İqtisadiyyat 10:51
Bakıda vətəndaşlar yanvarda restoranlara 117 milyon manat xərcləyib
Bakıda pərakəndə ticarət dövriyyəsi yanvarda 4,3% artıb
İqtisadiyyat 10:42
Bakıda pərakəndə ticarət dövriyyəsi yanvarda 4,3% artıb
Bakıda orta aylıq əməkhaqqı artıb
İqtisadiyyat 10:34
Bakıda orta aylıq əməkhaqqı artıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:12
Avro ucuzlaşıb,rubl bahalaşıb - məzənnə
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı göndəriləcək
İqtisadiyyat 10:02
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı göndəriləcək
"Brent" neftin qiyməti 118 dolları ötüb
İqtisadiyyat 09:36
"Brent" neftin qiyməti 118 dolları ötüb

Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
İqtisadiyyat 15:14
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol