• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

Avropa Oyunları zamanı beynəlxalq rouminq tarifləri aşağı salına bilər

Avropa Oyunları zamanı beynəlxalq rouminq tarifləri aşağı salına bilər
30.04.2014 18:27
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) “Bakı 2015 - I Avropa Oyunları”na hazırlıq üzrə Rəhbər Komitənin iclası keçirilib.
ANN.Az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazir Əli Abbasovun iştirakı ilə keçirilən iclasda Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) nümayəndələri - Texnologiyalar üzrə direktor Adrian Korkoran, Telekommunikasiya üzrə rəhbər Toni Dadli, Texnoloji hazırlıq üzrə rəhbər Nigel Svinbank tədbirə hazırlıq prosesinin mərhələlərini əks etdirən təqdimatla çıxış ediblər.
 
Qeyd edilib ki, ilk növbədə oyun və təşkilati məkanların rabitə xidmətlərinə olan tələbatları BAOƏK ilə nazirlikdə mütəmadi müzakirələr nəticəsində müəyyənləşdirilib. Bu xidmətlərin təşkili üzrə prosesə cəlb edilən şirkətlər, eləcə də tədbirə dəstək verəcək digər sponsor təşkilatlarla yaxın həftələrdə müqavilələrin bağlanması nəzərdə tutulur.
 
Oyunların təşkilində məlumatların qorunması, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə mütəmadi monitorinqlərin aparılması, şəbəkə hazırlığı və dözümlülüyü üzrə müxtəlif test-sınaqların həyata keçirilməsi planlaşdırılır. İclasda beynəlxalq rouminq tarifləri, “Bakı 2015 - I Avropa Oyunları” iştirakçılarının mobil cihazlarının qeydiyyatı və s. kimi məsələlər də müzakirə edilib.
 
Sifarişçi-icraçı tərəf arasında məsuliyyətin dəqiqliklə bölüşdürülməsi baxımından tənzimləyici-hüquqi sənəd kimi Anlaşma Memorandumunun vacibliyinə diqqət çəkən Ə.Abbasov sənəddə bütün detalların ətraflı müzakirə edilərək nəzərə alınmasını məqsədəuyğun sayıb. Nazir həmçinin Rusiya-Azərbaycan arasında rouminq tariflərinin azaldılması ilə bağlı aparılan işlərin yaxın zamanlarda səmərə verəcəyini, bu siyasətin digər ölkələrlə də həyata keçirildiyini, həmçinin oyunların keçiriləcəyi zamanda tariflərin ucuzlaşdırılması məqsədilə təkliflərin hazırlanması üzərində RYTN tərəfindən işlərin aparıldığını deyib.
 
Ə.Abbasov görüşdə təmsil olunan özəl və dövlət qurumlarının təmsilçilərinə müvafiq tövsiyələrini də bildirərək, “Bakı 2015 - I Avropa Oyunları”nda rabitə xidmətlərinin yüksək səviyyədə təşkilinin təmin edilməsi ilə bağlı göstəriş və tapşırıqlarını verib.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
Baku 2015 23:03
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Baku 2015 18:09
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Bakıda əl qumbarası tapılıb
Baku 2015 11:01
Bakıda əl qumbarası tapılıb
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Bədii gimnastımız  Azərbaycan millisinə 35-ci medalı qazandırıb
Baku 2015 12:06
Bədii gimnastımız Azərbaycan millisinə 35-ci medalı qazandırıb
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Baku 2015 11:29
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Bakıda olimpiada həyəcanı
Baku 2015 11:28
Bakıda olimpiada həyəcanı
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Baku 2015 11:28
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
11:25
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol