• $ 1.7
  • € 1.9859
  • ₽ 0.021157
  • ₺ 0.0395
  • £ 2.2822

İsrailin xarici işlər naziri: “Azərbaycana öz evimə gəldiyim kimi gəlirəm”

İsrailin xarici işlər naziri: “Azərbaycana öz evimə gəldiyim kimi gəlirəm”
30.04.2014 15:19
“Bu mənim Azərbaycana beşinci səfərimdir. Bura öz evimə gəldiyim kimi gəlirəm”.APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra deyib. O, Azərbaycanla İsrail arasında sıx münasibətlərin olduğunu diqqətə çatdırıb: “Biz ikitərəfli əməkdaşlığın bir sıra sahələrini, əsasən də iqtisadiyyat, ictimai diplomatiya sahələrini müzakirə etdik. Azərbaycanda bizim üçün vacib olan məsələ burada yəhudilərin yaşaması, yəhudi icmasının olmasıdır. Bu icma iki ölkə arasında körpü rolunu oynayır”. İsrailli nazir Azərbaycan prezidenti İlham Əliyevlə İsrail prezidenti Şimon Peres və baş nazir Binyamin Netanyahu arasında görüşlərdən məmnun olduqlarını qeyd edib: “O cümlədən ötən il mənim azərbaycanlı həmkarımın İsrailə səfəri oldu. Həmin görüşdə bir sıra qarşılıqlı maraq kəsb edən sahələri müəyyənləşdirdik. Bunlardan bir hissəsini biz artıq bu gün reallaşdırırıq. Yenə də qeyd edirəm ki, iki ölkə arasında əlaqələrin ən vacib sahəsi yüksək texnologiyalar, energetika və kənd təsərrüfatı sahələri müzakirə edilir. Bu görüşə kimi mən Azərbaycan prezidenti ilə çox vacib, maraqlı görüş keçirdim. Mən bu cür ikitərəfli razılaşmalardan məmnunam”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzində
Siyasət 22:55
Prezidentin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzində
Prezident yerli televiziya kanallarına müsahibə verib - Video -Yenilənib
Siyasət 00:07
Prezident yerli televiziya kanallarına müsahibə verib - Video -Yenilənib
Bu qərar hesabına Fond 10 milyard ABŞ dollarından artıq gəlir əldə edib - Ölkə başçısı
Siyasət 22:16
Bu qərar hesabına Fond 10 milyard ABŞ dollarından artıq gəlir əldə edib - Ölkə başçısı
Prezident: ABŞ-ın 907-ci düzəlişi ləğv edəcəyini gözləyirik
Siyasət 21:50
Prezident: ABŞ-ın 907-ci düzəlişi ləğv edəcəyini gözləyirik
Əliyev Çinlə münasibətlərdən danışıb
Siyasət 21:45
Əliyev Çinlə münasibətlərdən danışıb
Bakıda tədris mərkəzindən oğurluq edilib
Siyasət 17:19
Bakıda tədris mərkəzindən oğurluq edilib
Tokayev MDB ölkələri liderlərinin fiziki forması barədə danışıb
Siyasət 09:11
Tokayev MDB ölkələri liderlərinin fiziki forması barədə danışıb
Zakir Həsənov ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşüb
Siyasət 20:02
Zakir Həsənov ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşüb
Prezident ABŞ nümayəndə heyətini qəbul edib
Siyasət 19:09
Prezident ABŞ nümayəndə heyətini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol