Rusiya İdman Arbitraj məhkəməsinə müraciət edib
Ümumrusiya Voleybol Federasiyası İdman Arbitraj Məhkəməsinə müraciət edib. Bu barədə TASS- da məlumat yayılıb.
www.anews.az
Voleybol Federasiyası ləğv olunmuş dünya çempionatına görə 80 milyon ABŞ dolları məbləğində təzminat tələb edib.
Qurumun baş katibi Aleksandr Yaremenko bildirib ki, hüquqşünasların əmək haqlarının ödənilməsindəki problemlərlə əlaqədar hüquqi dəstək almaq elə də asan deyil.
"Ödənişləri köçürə bilmirik. Bu məsələlərin həll edilməsini güman edirik"- baş katib bildirib.
Martın 1-də Beynəlxalq Voleybol Federasiyası Ukraynaya hərbi müdaxilə ilə əlaqədar 2022-ci il dünya çempionatını Rusiyada keçirməkdən imtina qərarı qəbul edib. Mundial 26 avqust - 11 sentyabrda 10 şəhərdə - Moskva, Sankt-Peterburq, Kalininqrad, Yaroslavl, Kazan, Yekaterinburq, Ufa, Novosibirsk, Kemerovo və Krasnoyarskda təşkil olunmalı idi.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər