• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur

ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
29.04.2026 09:21

ABŞ Konqresində demokratlar prezident Donald Trumpın İrana qarşı hərbi əməliyyatları qanunvericilərin icazəsi olmadan davam etdirəcəyi təqdirdə ona qarşı məhkəmə iddiası qaldırmağı nəzərdən keçirirlər. Bu barədə Time jurnalı yazıb. 

Demokrat senator Richard Blumenthal bildirib ki, “məhkəmə iddiası ehtimalı nəzərdən keçirilməlidir”. Nümayəndələr Palatasının üzvü Ted Lieu isə belə bir prosesi tam dəstəklədiyini və güclü hüquqi arqumentlərin mövcud olduğunu qeyd edib.

Digər senator Adam Schiff bu həftə hərbi səlahiyyətlər qətnaməsi ilə bağlı yenidən səsvermə keçirməyi planlaşdırdığını açıqlayıb. O vurğulayıb ki, məsələ ilə bağlı mövqeyini bildirən respublikaçılar bunu səsvermədə nümayiş etdirmək imkanı əldə edəcəklər.

Nəşrin məlumatına görə, Trampa qarşı mümkün iddia ilə bağlı müzakirələr hələ ilkin mərhələdədir. Lakin prezident 60 günlük müddət bitdikdən sonra İrana qarşı əməliyyatları davam etdirərsə, bu müzakirələrin intensivləşə biləcəyi istisna edilmir.

Müharibə Səlahiyyətləri Qanunu (1973)na əsasən, Konqresin icazəsi olmadan prezidentlər 60 gündən artıq hərbi əməliyyatlar apara bilməzlər. Bu müddət yalnız xüsusi şərtlərlə 30 gün uzadıla bilər.

ABŞ İrana qarşı hərbi əməliyyatlara fevralın 28-də başlayıb və 60 günlük müddət aprelin 29-da başa çatır. Jurnal qeyd edir ki, prezidentin Konqresdən təsdiq almaq üçün son tarix 1 may hesab olunur.

Gülnar 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol