• $
  • £

Ukraynalı ailə Böyük Britaniyaya köçməkdən imtina edib

Ukraynalı ailə  Böyük Britaniyaya köçməkdən imtina edib
07.04.2022 18:02
Ukraynalı ailə uzun müddət viza gözlədiyi üçün Böyük Britaniyaya köçməkdən imtina edib. 

Ukraynada müharibə başlayanda Anton Mandziuk əmisi qızı  və onun ailəsini götürmək üçün  Rutlanddakı evindən çıxaraq Polşa sərhədinə gedib.
Daha sonra onlara bərabər yaşamağı  təklif edib, lakin həftələrlə gözlədikdən sonra onlar İrlandiyaya getməyə qərar veriblər.

Hökumət sözçüsü, mümkün qədər operativ hərəkət etdiklərini və artıq 30.000-ə yaxın Ukrayna qaçqınına viza verildiyini söyləyib.

Leşa, üç qızı və altı nəvəsi ilə martın 5-də İvano-Frankivskdəki evlərini tərk ediblər. Onlar cənab Mandziukun onları götürdüyü Polşa sərhədinə gediblər.
Atası Ukraynadan olan cənab Mandziuk daha sonra Böyük Britaniyaya getmək üçün vizaya müraciət edib.

O, bunun "çətin və yorucu" bir proses olduğunu və bir anda ailəsinin bu işi boş verib Ukraynaya qayıtmağı belə düşündüyünü söylədi.
 
"Həqiqətən, çətin bir səyahət oldu. Mən hələ də bu böyük ərizə formalarını doldururam",  - o deyir.

Onun qohumlarının Avropa İttifaqının istənilən yerində qalmaq icazəsi var. İlk bir neçə həftəni Hollandiya və Belçikada keçiriblər. 

Böyük Britaniyaya getməklə bağlı  ərizələrinə baxılması çox uzun sürdüyü üçün onlar İrlandiyaya getməyə qərar veriblər, çünki orada ingilis dili birinci dildir.
O, bildirib ki, onlar mehriban qarşılanıb və digər ukraynalı ailələrlə birlikdə oteldə qalırlar.

Cənab Mandziuk, ailəsinin çətin bir səyahətdən sonra artıq İrlandiyada qalmağı planlaşdırdığını söyləsə də bundan məyus olduğunu da gizlətmir. 

"Mən çox istərdim ki, onlar İngiltərəyə gəlsinlər, burada onlara dəstək olacaq böyük bir ailə var, amma onların qərarlarına da hörmət etməliyəm.
Uşaqları məktəbə göndərməyə can atırlar, dörd həftədir yoldadırlar", -  o dedi.
 
"Böyük Britaniya hökumətinin sözçüsü isə deyir ki, Ukraynadan qaçanların Böyük Britaniyada təhlükəsizliyini təmin etmək üçün mümkün qədər operativ iş görülür. 

"Biz prosesi asanlaşdırdıq ki, etibarlı pasporta malik şəxslər  Böyük Britaniyaya gəlməzdən əvvəl şəxsən görüşlərdə iştirak etmək məcburiyyətində qalmasınlar, həyati təhlükəsizlik yoxlamalarının həyata keçirilməsini təmin edərkən prosesi asanlaşdırdıq, ərizələrimizi sadələşdirdik və işçilərin sayını artırdıq”,  -  sözçü deyib.

Səkinəxanım Məmmədova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazı böhranı Türkiyəyə 24 milyard dollara qədər əlavə xərc yarada bilər
Dünya 16:28
Hörmüz boğazı böhranı Türkiyəyə 24 milyard dollara qədər əlavə xərc yarada bilər
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Dünya 09:21
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Rusiyada paradda hərbi texnikalar olmayacaq
Dünya 08:52
Rusiyada paradda hərbi texnikalar olmayacaq
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Dünya 08:43
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
Dünya 23:41
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
Dünya 23:10
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
İran səfiri Britaniya XİN-ə çağırılıb
Dünya 21:12
İran səfiri Britaniya XİN-ə çağırılıb
Rusiya ABŞ-yə demarş elan edib
Dünya 20:06
Rusiya ABŞ-yə demarş elan edib
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB
Dünya 17:37
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol