NATO ölkələri "cəsur ukraynalılara" dəstək vermək üçün toplaşıb
NATO üzvü olan ölkələrin xarici işlər nazirləri rəsmiləri vətənlərini "cəsarətlə müdafiə edən ukraynalılara" dəstək göstərilməsi ilə bağlı Brüsseldə müzakirələrə başlayıb.
Müzakirələr sessiyasını açan NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, müzakirələr "ölkələrini müdafiə edən cəsur ukraynalılara” dəstək və "Rusiya təcavüzü nəticəsində risk altında olan digər tərəfdaşlara əlavə kömək” məsələlərini əhatə edəcək.
Onun sözlərinə görə, altı həftə əvvəl başlayan Rusiya işğalı "Avropada təhlükəsizlik mühitini dərindən dəyişib” və görüşdə "daha uzunmüddətli uyğunlaşma” da müzakirə olunacaq.
www.anews.az

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba
da NATO toplantısında iştirak edir və iclas iştirakçılarına ölkəsinin silaha ehtiyacı olduğunu deyib.
"Mən müzakirələri bir məsələdən başlamağı təklif edirəm - "silahlar, silahlar, silahlar”, - Kuleba bildirib.
Səkinəxanım Məmmədova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər