Novruz Məmmədov İlham Əliyevin Sarkisyana cavabından danışdı
Azərbaycan Prezident Administrasiyası prezident İlham Əliyevin Türkiyə ilə bağlı Ermənistan Prezidenti Serj Sarkisyana verdiyi sərt cavabı şərh edib. APA-nın məlumatına görə, Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında bunun beynəlxalq aləmdə Türkiyə-Azərbaycan əlaqələrinin nə dərəcədə yüksək səviyyədə olmasının daha bir göstəricisi adlandırıb. O qeyd edib ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin dostluqda, tərəfdaşlıqda nə qədər etibarlı olduğunu bir daha sübut edib: “Düşünürəm ki, bu, doğurdan da iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olmasının göstəricisidir. Bundan sonra da Azərbaycan və Türkiyə bu ruhda öz qardaşlığını, əməkdaşlığını və tərəfdaşlığını davam etdirəcək”.ANN.Az