Təbii qaz qəbulu 247 milyon kubmetr artıb
Bu ilin ilk rübündə "Azəriqaz” İstehsalat Birliyi 3 milyard 276 milyon kubmetr təbii qaz qəbul edib. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən "Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, bu ilin 3 ayında qəbul olunmuş qaz həcminin 706 milyon kubmetri sənaye xətləri üzrə, 2 milyard 570 milyon kubmetri əhali xətləri üzrə olub.
Bu, 2021-ci ilin yanvar-mart ayları üzrə müqayisədə qazın qəbulunda 247 milyon kubmetr artım olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər