Rusiya Kramatorsk hücumunda iştirak etmədiyini bildirib - FOTOLAR
Rusiya Müdafiə Nazirliyi Rusiyanın Kramatorsk şəhərindəki dəmiryolu vağzalına raket hücumu etməyib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiyanın aprelin 8-də Kramatorsk şəhərindəki dəmiryol vağzalına guya "raket hücumu” təşkil etməsi ilə bağlı bütün bəyanatlar təxribatdır və həqiqətə uyğun deyil. Rusiya silahlı qüvvələrinin aprelin 8-də Kramatorsk şəhərini atəşə tutmayıb və belə hücum heç planlaşdırılmayıb”, - nazirlik açıqlamasında bildirib.
Rusiya Müdafiə Nazirliyi həmçinin vurğulayıb ki, "qırıqları Kramatorsk dəmir yolu stansiyası yaxınlığında aşkarlanan və şahidlər tərəfindən videosu yayılan "Toçka-U” raketlərindən yalnız Ukrayna silahlı qüvvələri istifadə edir".
Bununla belə, "Toçka-U" raketinin Rusiya tərəfindən istifadə ediləməsinə dair sübutlar var. Hələ martın 6-da Conflict Intelligence istitəşkilatı bildirmişdi ki, Rusiya "Toçka-U" raketlərini daha müasir sayılan "İskander" raketləri ilə əvəzləsə də bu ölkənin ordusunun silah arsenalında "Toçka-U" raketləri hələ də qalmaqdadır.
Conflict Intelligence mütəxəssisləri bu raketləri fevralın 24-dən sonra Rusiya qoşunlarının yerləşdiyi Belarus ərazisində, raketin gövdəsinin Mariupolda və Çerniqov vilayətində fotoşəkilləri çəkildikdən sonra müşahidə ediblər.

N.Təbrizli
www.anews.az

Müharibə şəraitində döyüşən tərəflərin silahları haqqında məlumatları dərhal yoxlamaq və təsdiq etmək təəssüf mümkün deyil.
Hazırda vokzalda vəziyyət belədir:

N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər